Qapıdaşqaya dağ silsiləsi — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ silsiləsi. Küküçayla Naxçıvançayın arasında yerləşir. Dağların çoxu sıldırım yamaclıdır. Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ zirvəsindən (3118,9 m) cənub-şərqə ayrılan Təklə qolunun cənub-qərbə istiqamətlənmiş eyniadlı şaxəsinin qurtaracağına cavab verir. Naxçıvançayın İşgəsuçay və Qışlaqçay sağ qollarının suayrıcısıdır. Uzunluğu təqribən 12 km-dir. Ən yüksək zirvəsinin hündürlüyü 2285,6 m-dir. Orta və Üst Eosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş diaklinal morfostruktur əmələ gətirir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid edilir. Geoloji quruluşunda bir sıra antiklinal və sinklinal qırışıqlar, həmçinin müxtəlif istiqamətli fay və fay-yerdəyişmə qırılmaları müşahidə olunur.
| Qapıdaşqaya dağ silsiləsi | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 1782 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Vilayət | |
Həmçinin bax:
- Dərəşam dağı
- Xarxat dağı
- Qurddağ
- Ağdaban dağı
- Əjdaha dağı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qapıdaşqaya dağları haqqında məlumat. Qapıdaşqaya dağları nədir? Qapıdaşqaya dağları nə deməkdir?