Keçəldağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Alp yamacları var. Mərkəzində vulkan püskürmələri olur. Günbəzvari formadadır (hünd. 3118,9 m). Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağının suayırıcısında zirvə. Naxçıvançay və Küküçayın mənbə hissəsində, Qanlıgöldən 3 km şimal-şərqdədir. Qanlıgöl kalderasının şimal-şərq kənarında erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn, cənub-qərb yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.
| Keçəldağ | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2740 m |
| Yerləşməsi | |
| 39°35′03″ şm. e. 45°40′27″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | |
![]() Keçəldağ | |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Keçəldağ (Şahbuz) haqqında məlumat. Keçəldağ (Şahbuz) nədir? Keçəldağ (Şahbuz) nə deməkdir?
