Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qay Qaleri Valeri Maksimian (lat. Gaius Galerius Valerius Maximianus), Roma tarixşünaslığında daha çox Qaleri kimi tanınır (250, Roma Dakiyası – 5 may 311) — 29

Qay Qaleri Valeri Maksimian (lat. Gaius Galerius Valerius Maximianus), Roma tarixşünaslığında daha çox Qaleri kimi tanınır (250, Roma Dakiyası5 may 311) — 293–311-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianları təqib etməsi ilə tanınır.

Qaleri
lat. Gaius Galerius Valerius Maximianus
1 may 305 may 311
Şəxsi məlumatlar
Doğum adı Galerius Maximinus
Doğum tarixi 250(0250)
Doğum yeri
Vəfat tarixi 5 may 311(0311-05-05) (60–61 yaşında)
Dəfn yeri
Fəaliyyəti siyasətçi, rəhbər
Atası bilinmir və ya Diokletian
Uşaqları
  • II Maksimin Daza
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əslən İlliriyadan olan Qaleri 1 mart 293-cü ildə Diokletian tərəfindən sezar təyin edilmişdir. Diokletianın qızı Valeriya Qaleri ilə evlənmiş və Diokletian da öz növbəsində Qalerini övladlığa götürmüşdür. Qaleri həyat fəaliyyətinə savadsız çoban kimi başlamışdır, zorakı xarakterli və siyasi baxımdan əhəmiyyətsiz bir insan idi. O, sonradan bacarıqlı bir əsgər və Diokletianın sadiq köməkçisi olmuşdur. İmperiya Diokletian və Maksiminian arasında bölünəndə Qaleri Dunayboyu ölkələrə yiyələnmişdir. Onun rəsmi iqamətgahı Sirmiyada idi, lakin o, xüsusilə şərqdə, imperiyanın Diokletian payına düşən hissəsində fəal idi. Qaleri 293–295-ci illərdə Aşağı Dunayda german tayfalarına qarşı yürüşlər aparmış və onları dəfələrlə məğlub etmişdir. Digər tərəfdən, şahənşah Narsenin başçılıq etdiyi Sasani qüvvələri tərəfindən Karr döyüşündə məğlub edilmişdir. O, ikinci döyüşdə qalib gələrək Sasanilərə Romaya şərqdə indiyə qədər əldə etdikləri ən böyük uğurunu təmin edən müqavilə bağlamağa məcbur etmişdir.

Qaleri nə Qərbdə, nə də Şərqdə vəziyyətə tam hakim ola bilməmişdir. O, heç vaxt Diokletianın malik olduğu ali imperiya ləyaqətinə nail ola bilməmişdi. Qaleri 30 aprel 311-ci ildə xristianlara öz dinlərini maneəsiz etiqad etmələrinə icazə verən Serdika fərmanını imzalamışdır. O, beləliklə, xristianlara qarşı apardığı təqibləri dayandırmışdı. Təqib səkkiz il davam etmiş və hətta paqan əhalini də iyrəndirmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaleri haqqında məlumat. Qaleri nədir? Qaleri nə deməkdir?

Üst