Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. ‏גל גדות‏‎; 30 aprel 1985, Petah-Tikva, İsrail) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə

Qal Qadot

  • Ana Səhifə
  • Vikipediya
  • Qal Qadot

Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. ‏גל גדות‏‎; 30 aprel 1985, Petah-Tikva, İsrail) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə Petax-Tıkvada anadan olmuşdur. 18 yaşında Miss Israel yarışmasında qələbə qazanmışdır. 2 il müddətində İsrail Silahlı Qüvvələrində məcburi hərbi xidmət keçmişdir. Forsaj film seriyasında canlandırdığı Gisel Yaşar və DC Comics filmlərində canlandırdığı Ecazkar Qadın rolları ilə tanınır.

Qal Qadot
ivr. ‏גל גדות‏‎
Doğum adı גל גדות
Doğum tarixi 30 aprel 1985(1985-04-30) (40 yaş)
Doğum yeri
  • Petah-Tikva, İsrail
Həyat yoldaşı
  • Yeron "Ceyron" Versano[d] (2008)
Uşaqları 4 (Maya Varsano, Alma Varsano daxil olmaqla)
Fəaliyyəti model[d], fotomodel[d], film prodüseri, gözəllik müsabiqəsi qalibi[d], televiziya aktrisası, gözəllik müsabiqəsi iştirakçısı, brend səfiri, kino aktrisası, gözəllik müsabiqəsi iştirakçısı, teatr aktrisası, səsləndirmə aktrisası[d], aktrisa, podium modeli[d], İsrail Silahlı Qüvvələrinin əsgəri[d], məşhur brendləşməsi[d]
Fəaliyyət illəri 2004-cü ildən
Təhsili
  • Reichman Universiteti (2007–?)
Boyu 178 sm
Üzvlüyü
  • İsrail Silahlı Qüvvələri (2005–2007)
Mükafatları +
IMDb ID2933757
{{{imzanın izahı}}}
galgadot.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2004-cü ildə Miss Israel (İsrail Gözəli) seçilərək həmin il Miss Universe-də (Kainat Gözəllik Yarışması) İsraili təmsil etmişdir. Ardınca iki il İsrail Silahlı Qüvvələrində savaş müəllimi olaraq əsgərlik etdi. Modellik və aktrisalıq karyerasına başlamadan əvvəl IDC Herzliya-da universitet təhsilinə başladı.

2018-ci ildə Time jurnalı Qadotu dünyanın ən təsiredici 100 şəxsindən biri olaraq seçdi və dünyanın ən baha aktrisaları arasında yer aldı.

Mündəricat

Həyatı

Qal Qadot İsrailin Petax-Tıkva şəhərində anadan oldu və Roş-Hayin şəhərində böyüdü. Adının mənası ivritcə "dalğa", soyadı isə "göl sahili" mənasını verir. Anası və atası İsraildə doğulsalar da, keçmiş ataları Avropadan köçmüş yəhudilərdir. (Qal Qadot ailəsinin keçmişindən danışanda ailəsinin 1/4 polyak, 1/4 avstraliyalı, 1/4 alman və 1/4 çex olduğunu deyir.)

İsrail Silahlı Qüvvələrində əsgər olaraq iki il xidmət etmişdir. Özündən danışanda "Məncə Castin Linin diqqətini çəkməyimin səbəbi orduda xidmət etməyim və Linin silahlar haqqındakı məlumatımı istifadə etmək istəməsidir." deyir. Forsajdakı rolundan danışanda "Güclü qadınlar üçün lazımi qədər rol yoxdur. Daha çox qadın ssenarist olmağını istəyirəm. Günümüzdəki filmlərdə gördüyümüz çox qadın rolu "qəlbi qırılmış yazıq qızlar"dır. Forsajdan buna görə qürur duyuram. Özümü Gisel kimi hiss etdirir."

Karyerası

Model

Qal Qadot 2015-ci il

2008-ci ildən bu yana Castronun öndə gedən modellərindən biridir. Bundan başqa Captain Morgan, Vine Vera və Jaguarın beynəlxalq kampaniyalarında yer aldı. Cosmopolitan, Bride Magazine və FHM-də baş səhifədə yer almışdır. 2013-cü ildə modellikdən qazandığı pul milyon şekelə çatmışdı. Esti Qizburq, Liraz Dror və Şiloh Malka kimi məşhurlardan irəlidə olmasına baxmayaraq böyük fərqlə Bar Rafaelidən geridə qaldı.

19 yaşında 2004 İrail Gözəllik Yarışmasına qatılıb qazandı. Ardınca İsraili təmsil etmək üçün Miss Universe-yə qatıldı. Amma ilk 15 içərsində yer tuta bilmədi. 19 yaşında İsrail Ordusunda xidmətə başladı. Orduda xidmət etdiyi müddətdə model olaraq da işlədi. Sonradan başladığı universitetdə hüquq oxuyarkən Quantum of Solace-də yer alacaq Bond qızı "Kamilli Montis" rolu üçün edilən seçimlərə dəvət edildi. Bunun sonunda isə aktyor idarəçisi tərəfindən Forsaj 4 filmi üçün seçildi. 2007-ci ildə Maxim-də "İsrail ordusundakı qadınlar" mövzulu işlərdə yer aldı. 2012 aprel ayında Shalom Life-də yayımlanan "Dünyadakı ən bacarıqlı və möhtəşəm 50 yəhudi qadın" siyahısında model Bar Rafaeli və aktrisa Yeva Qrindən sonra 5-ci yeri tutdu.

Aktrisa

Qal Qadot 2017 SDCC-də

2008-ci ildə İsrail serialı olan Bubot-da yer aldı. Altı aktyoru geridə saxlayaraq Forsajın dördüncü filmində Cisel Yaşar rolunu canlandırdı. 2010-cu ildə Gecə və Gündüz filmində kiçik rol aldı. 2011-ci ildə Forsaj 6-da təkrar rol aldı və rolu üstü bağlı formada öldürüldü. DC Comics 2013 dekabr ayında Qal Qadot ilə Betmen Supermenə qarşı: Ədalətin şəfəqi filmində və gələcək davam filmləri içində yer alacaq Ecazkar Qadın rolu üçün müqavilə imzaladıqlarını açıqladı.

Yarışmalar

İl Yarışma Nəticə
2004 Miss Israel 2004 Qazandı
2004 Miss Universe 2004 İştirakçı

Şəxsi həyatı

Forsajın çəkilişləri davam edərkən 28 sentyabr 2008-ci ildə israilli iş adamı və əmlakçı Ceron Varsano ilə evləndilər. 2011 noyabr ayında Alma adlı qızı oldu. 2017-ci ildə isə 2 qızları anadan oldu.

Qadot və həyat yoldaşı Varsano Təl-Əvivdə şirkətinə kömək etdiyi bir butik hotelə sahibdi. Otellərini 2015-ci ildə 26 milyon dollara Roman Abramoviçə satdılar.

Qadot 2014 İsrail-Qəzza savaşı vaxtında Feysbuk-da özünün və qızının İsrail Silahlı Qüvvələrinə dəstək üçün dua etdiyi şəkilini paylaşdı. Sürətli formada 200 mindən çox bəyənmədən başqa həm dəstək, həm də tənqid dolu 15 mindən çox rəy aldı.

"İsrailli vətəndaşlarıma sevgilərimi və dualarımı göndərirəm. Xüsusilə qadınların və uşaqların arxasında qorxaq kimi gizlənən Həmasın etdiyi qorxunc hərəkətlərə qarşı ölkəmi qorumaq üçün canlarını riskə atan bütün qız və oğlan uşaqlara… Biz buna qalib gələcəyik!!!

Qadot 12 may 2021-ci ildə 2021 Fələstin-İsrail savaşları zamanı ana vətəni İsrailə dəstəyini ifadə etdiyi və Fələstindən adından çox "qonşu" olaraq bəhs etdiyi üçün tənqid edilən İnstagram açıqlaması etdi.

Filmoqrafiya

Qal Qadot 2014-cü il

Film

İl Ad Rol Qeyd
2009 Forsaj 4 Gisel Yaşar
2010 Çılğın Gecə Natanya
2010 Gecə və Gündüz Naomi
2011 Forsaj 5: Rio Soyğunu Gisel Yaşar
2013 Forsaj 6 Gisel Yaşar
2014 Kicking Out Shoshana Mirit Ben Haruş İsrail Filmi
2016 Günahlı Jill Pop
Kod 999 Elena Vlaslov
Keeping Up with the Joneses Natali Cons
Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi Dayana Prins / Ecazkar qadın
2017 Ecazkar Qadın (film)
Ədalət Birliyi Bölüm 1
2018 Ralph və İnternet Shank (səs)
2019 Between Two Ferns: The Movie Özü Kameo
2020 Ecazkar Qadın 1984 Dayana Prins / Ecazkar qadın
2021 Qırmızı Bildiriş
Forsaj 9 Gisel Yaşar Arxiv görüntülər
2022 Nildə Ölüm Linnet Ridgvey-Doyl

Televiziya

İl Ad Rol Qeyd
2007 Bubot Miriam "Merry" Elkayam
2009 Entourage Lisa Bölüm: "Amongst Friends"
2009 The Beautiful Life Olivia Bölüm: "The Beautiful Aftermath"

"The Beautiful Lie" "The Beautiful Triangle"

2011 Asfur Kika 7 bölüm
2012 Eretz Nehederet Özü Bölüm: "Mövsüm 9, Bölüm 7"
2017 Saturday Night Live Özü (aparıcı) Bölüm: "Gal Gadot / Sam Smith"
2018 Simpsonlar Özü (səsləndirmə) Bölüm: "Bart's Not Dead"
2019 2019 Eurovision Şarkı Yarışması Özü Qonaq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qal Qadot haqqında məlumat. Qal Qadot nədir? Qal Qadot nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Budin əyaləti

  • Fevral 27, 2026

    Batinilik

  • Fevral 27, 2026

    Arye Qut

  • Fevral 27, 2026

    Jalə Əhmədova

  • Fevral 17, 2026

    Kembric

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst