Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qədim İran əsatirilərində Simurq adlı mövhumi quşun yaşadığı yerdir. Simurq quşu Qaf dağında yaşayan böyük, xeyirxahlıq rəmzi, həyat ağacını yerə gətirən, gözəl

Qaf dağı

  • Ana Səhifə
  • Vikipediya
  • Qaf dağı

Qaf dağı — bir çox xalqların mifologiyasında yer alan əfsanəvi dağ.

Qədim İran əsatirilərində Simurq adlı mövhumi quşun yaşadığı yerdir. Simurq quşu Qaf dağında yaşayan böyük, xeyirxahlıq rəmzi, həyat ağacını yerə gətirən, gözəllik simvolu bir quşdur. Bir versiyaya görə Qaf dağı, Qafqaz dağları hesab olunur. Digər bir versiyaya görə bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi, Nuhun gəmisinin Qaf dağında quruya təmas etməsi ilə bağlıdır. Nuhun gəmisi harada quruya oturmuşdursa həyat, o cümlədən, od da oradan paylanmalıdır. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalıdır və dağ Ağrı dağı ilə eyniləşdirilir. Daha bir versiyaya görə isə Qaf dağının Elbrus dağı olması ehtimal olunur.

Azərbaycan mənbələrində

Azərbaycan ərazisində yerləşən Eldənizlər sülaləsinin vəliəhdlərinin böyük müəllimi, Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsərində Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır. Kainatın başlanğıcı, çoxsaylı başqa dünyalara gedən yollar da Qaf dağında göstərilir. Hətta Azərbaycan mifoloji təsəvvürlərindən (xüsusilə də Səməndər quşu) fərqli olaraq "Munisnamə"də dünya qırx qatlı təsvir edilir.

Əbubəkr ibn Xosrov əl-Ustad "Munisnamə"-sində yazır:

" Əsatir qoruyucularının bəziləri söyləyirlər ki, Qaf ancaq xrizolitdən ibarətdir və dünya üzərindəki göy ona görə mavidir ki, onda xrizolit-dağ əks olunur. Yer üzünün bütün torpaqları ora bağlanır. Kainatın düz ortasında yerləşdiyi üçün dünya onun zirvəsindən noxud boyda görünür. Qaf dağı mavi zümrüddən yaradılıb. Dünyanın bütün damarları Qaf dağının hamisi - qoruyucusu Hərkayılın əlində cəmləşir. Dünyada elə bir şəhər, kənd, vilayət, ölkə, guşə yoxdur ki, yeraltı damarları ilə Qaf dağlarına bağlanmasın. Allahın hansı ölkəyə qəzəbi tutsa, Hərkayıl onun su damarlarını kəsir, nəmliyin qarşısı alınır, orada quraqlıq və fəlakət baş alıb gedirdi. Bütün bulaqlar, arxlar, çaylar quruyur, bitkilər, otlar susuzluqdan məhv olurdu. Zəlzələnin də baş verməsinə səbəb tanrının insanlara qəzəbidir. Hərkayıl ulu Allahdan əmr alan kimi, adamları qorxutmaq məqsədilə o diyarın Qafdakı damarlarını bərk-bərk silkələyir, nəticədə yerin altı üstünə çevrilir, ya da yer yarılıb, bütün canlıları udur. Hərkayıl deyirdi: «Tanrının buyruğu olsa, Qaf dağından keçən bütün damarlara küy vuraram, dünya cəhənnəm tək canlıların başına daralar. Lakin Yaradanın qayğısı ilə çoxlarının qulluğunda dururam, böyük günah işlədənlərin isə yaşadıqları ərazilərin damarlarını burub, onları min cür əziyyətə düçar edirəm» "

Qeydlər

  1. XII əsrdə yazılmışdır, kitabın əlyazması 1920-ci ildə Gəncədən Londona aparılıb, hal-hazırda əsərin yeganə nüsxəsi «Britaniya» muzeyində saxlanılır.
  2. Azərbaycan mifoloji təsəvvürlərində; «Göyün yeddi qatı var. Birinci qat torpaxdı ki, qara camahat yaşayır. Sonrakı qatlarda huri-pərilər, qılmannar, peyğəmbərlər yaşayır. Lap yeddinci qatda isə Allah öz taxtında oturup dünyanı idarə eliyir».
  3. Qızılaçalar yaşılımtıl-sarı rəngli qiymətli daş

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaf dağı haqqında məlumat. Qaf dağı nədir? Qaf dağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 20, 2026

    Voyevodina

  • Fevral 27, 2026

    Covanni Leone

  • Fevral 27, 2026

    Reyunyon

  • Fevral 27, 2026

    E.ə. 48

  • Fevral 27, 2026

    Qarabağlar nahiyəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst