Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qərvənd bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Qərvənd bələdiyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Qərvənd bələdiyyəsi

Qərvənd bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Bələdiyyə
Qərvənd bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd bələdiyyəsi
Ölkə
  •  Azərbaycan
Daxildir Ağdam rayonu
İnzibati mərkəz Ayaq Qərvənd
Bələdiyyə sədri (sonuncu) Şükürov Ələmdar Sabir oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Ləğv edilib 2024
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60910007
Bələdiyyə ödənişləri üçün vergi kodu 3208
VÖEN 3200032271
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2000-2020-ci illərdə Bərdə Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi

Tarixi

07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədın biri də Ağdam rayonunun Qərvənd bələdiyyəsi olmuşdu. Həmin vaxt bu Bələdiyyənin ərazisinə aşağıdakı kəndlər aid edilmişdi: Orta Qərvənd, Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq və Mirəşelli kəndləri.

Bələdiyyəyə VÖEN verilmiş, o statistik ərazi təsnifatına daxil edilmişdir.

2000-ci il tarixli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi təsdiq edilib və onun 21.09.2005-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv olunub.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq bu Bələdiyyə Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

2003 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla "Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılmış, həmin kəndlər Qərvənd bələdiyyəsinin tabeliyindən çıxarılmışdı.

21.09.2005-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul olunub və Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin 10.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit eidlmiş 3-cü Qərarı ilə ləğv edilib.

2020 - 2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

10.09.2024-cü il tarixli 09 nömrəli Protokolunda təsbit olunmuş Qərara əsasən əhali sayının Qanunla müəyyən edilmiş minimum həddən aşağı olması ilə əlaqədar Ağdam rayonunun Qərvənd bələdiyyəsi tərəfindən Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinə birləşmə qərarı verilib.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla "7.4. Əhmədağalı, Qərvənd və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Bənövşələr, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələrində və Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq, Mirəşelli, Orta Qərvənd, Təzəkənd kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılıb. Bununla da Qərvənd bələdiyyəsinin fəaliyyətinə xitam verilib, aktivləri yeni yaradılan Əhmədağalı bələdiyyəsinə təhvil verilib.

Mərkəzi və ərazisi

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Qərvənd bələdiyyəsinin mərkəzi Ağdamın Qərvənd inzibati ərazi dairəsində yerləşən Ayaq Qərvənd kəndi olub.

Bu Bələdiyyələnin ərazisinə aşağıdakılar aid edilib:

Bələdiyyənin tam adı VÖEN Bələdiyyə ödəyiciləri üçün vergi kodu Bələdiyyənin statistik kodu İnzibati ərazi dairəsi İƏD

statistik kod

İnzibati ərazi vahidi İƏV

statistik kod

Ağdam rayonunun Qərvənd bələdiyyəsi 3200032271 3208 60910007 Qərvənd kənd iəd 60910005 Ayaq Qərvənd kəndi 60910038
Orta Qərvənd kəndi 60910028
Əhmədağalı kənd iəd 60927005 Əhmədağalı kəndi 60927018
Çıraxlı kəndi 60927028
Kolqışlaq kəndi 60927038
Mirəşelli kəndi 60927048

Hesab olunub ki, həmin dövrdə Ermənistan SQ-nin işğalı altında olan aşağıdakı kəndləri azad olunduqda, onlar bu Bələdiyyənin ərazisinə qatılacaqdır:

İnzibati ərazi dairəsi İƏD

statistik kod

İnzibati ərazi vahidi İƏV

statistik kod

Qərvənd kənd iəd 60910005 Baş Qərvənd kəndi 60910018
Şıxlar kəndi 60910048

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qərvənd bələdiyyəsi haqqında məlumat. Qərvənd bələdiyyəsi nədir? Qərvənd bələdiyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Danimarkaca

  • Fevral 27, 2026

    Dövlət universiteti

  • Fevral 28, 2026

    Kopenhagen Təfsiri

  • Fevral 27, 2026

    Həzrət Peyğəmbər

  • Fevral 27, 2026

    Maqsud Adıgözəlov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst