Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qırıxlı məscidi — Gəncə şəhərində Qırıxlı məhəlləsində yerləşən məscid. Məscid 1650-cı ildə və ya bəzi mənbələrə görə isə XVIII əsrdə tikilib. Sovet işğalından

Qırıxlı məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Qırıxlı məscidi

Qırıxlı məscidi — Gəncə şəhərində Qırıxlı məhəlləsində yerləşən məscid. Məscid 1650-cı ildə və ya bəzi mənbələrə görə isə XVIII əsrdə tikilib. Sovet işğalından sonra fəaliyyətini dayandırsa da hazırda məscid kimi fəaliyyət göstərir.

Qırıxlı məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti stabil
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°39′58″ şm. e. 46°19′39″ ş. u.HGYO
Xəritə

Mündəricat

Haqqında

Məscid Gəncənin Qırıxlı məhəlləsində yerləşir. Ehtimal olunur ki, XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra Qırıxlı tayfası şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar.

1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər. XIX əsrin 80-ci illərində isə məscid Hacı Qasımın vəsaiti ilə bərpa olunur. Bəzi mənbələrə görə isə məscid XVIII əsrə aiddir. Məscidin həyətində minarə, içərisində mehrab yoxdur. Məscidin ibadət salonu dairəvi formadadır. Bünövrəsi çay daşından və gil məhlulundan qoyulmuşdur. Divarları ağ gildən, kərpiclə hörülüb. Məscid ibadət salonundan, iki əlavə otaqdan ibarətdir. Abidənin köhnə qapıları iki tağlı imiş və bu o dövrün məscidləri üçün xarakterik sayılır. Abidə xaricdən dördküncdür. İçərisində minbərsiz hücrə var. İbadət salonunun darovsarında ərəb əlifbası ilə ağ rəng içərisində göy hərflərlə yazı yazılmışdır. Bunlar "Quran"dan surələrdir. Abidənin gümbəzi üstündə bir böyük və iki kiçik aypara var. Sovet işğalından sonra bir müddət Yaşıl aptek kimi istifadə olunub. 2003-cü və 2018-ci illərdə isə təmir olunub və məscid kimi fəaliyyətini bərpa edib.

Məscid bişmiş kərpiclə inşa olunub. Damının örtüyü və günbəzi dəmir təbəqə ilə işlənib. Məscidin əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizdən sağ və sol tərəfdə yardımçı otaqlardır. İbadət zalının sahəsi 17x18 metrdir. Yerdən günbəzə qədər olan hündürlük 12 metrdir. Məscidin döşəməsi taxtadandır, iç divarları qum-sement məhlulu ilə suvanmışdır. Divarların qalınlığı 1 m.20sm.-dir. Mehrabı giriş qapısı ilə üzbəüz divarda yerləşib və tağvari formaya malikdir.

Həmçinin bax

  • Ozan məscidi
  • Şah Abbas məscidi
  • Şahsevənlər məscidi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qırıxlı məscidi sözünün mənası, qırıxlı məscidi haqqında məlumat. qırıxlı məscidi nədir? qırıxlı məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Qafan rayonu

  • Mart 02, 2026

    Batır Zakirov

  • Mart 01, 2026

    Vesna Vuloviç

  • Mart 07, 2026

    Otto Funke

  • Fevral 27, 2026

    VII Haakon

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst