Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məscid Gəncədə Şahsevənlər məhəlləsində yerləşir. Azərbaycan memarlığının orijinal nümunəsi olan abidənin tikintisinə 1880-ci ildə başlanıb. 1882-ci ildə məscid

Şahsevənlər məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Şahsevənlər məscidi

Şahsevənlər məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi, məscid.

Şahsevənlər məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Şahsevənlər küç.
Tikilmə tarixi 1882
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil, fəaliyyət göstərir
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3818
KateqoriyaMəscid
Əhəmiyyətiyerli əhəmiyyətli
40°40′54″ şm. e. 46°20′52″ ş. u.HGYO
Xəritə
Şahsevənlər məscidi (Gəncə)
Nöqtə
Şahsevənlər məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şahsevənlər məscidi

Məscid Gəncədə Şahsevənlər məhəlləsində yerləşir. Azərbaycan memarlığının orijinal nümunəsi olan abidənin tikintisinə 1880-ci ildə başlanıb. 1882-ci ildə məscid tikilib başa çatdırılıb.

Məscidin iç sahəsi 13x15 metrdir. Məscidin bütün binası, eləcə də günbəzi bişmiş kərpiclə tikilib. İbadət zalı 2 hissəyə — qadınlar və kişilər şöbəsinə bölünüb. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir. Hər bir mərtəbənin sahəsi 2,5x11 metrdir. Məscidin döşəməsi taxtadandır. Məscidin bir giriş qapısı var. Qapı dördbucaqlı formada olub, taxtadan düzəldilib. İbadət zalında 10 pəncərə qoyulub. Pəncərələr taxtadandır və tağvari formaya malikdir. Mehrabın hündürlüyü 3,5 metrdir. Mehrabın yan tərəfində və yuxarı hissədə 12 imamın adı yazılmışdır. Məscidin günbəzi 8 ədəd tağ şəkilli divar üstündə dayanıb. Döşəmədən günbəzədək hündürlüyü 10 metrdir. Məscidin iç divarları sement məhlulu ilə suvanıb və göy rənglə işlənib. Məscidin qadınlar şöbəsinin ikinci mərtəbəsinin məhəccəri amfiteatr formasındadır. Məscidin dam örtüyü bişmiş kərpicdən olub, iki laydan ibarətdir. Belə ki, günbəzin birinci layı ilə ikinci layı arasındakı məsafə 1,50 metr ölçüsündədir. Məscidin günbəzinin diametri 12 metrdir.

Sovetlər dövründə bu məsciddən yaşayış evi, kitabxana kimi istifadə edilib. 1994-cü ildən məscidin fəaliyyəti bərpa edilib. 1970-ci ildə Gəncə Şəhər KP-nin birinci katibi Həsən Həsənovun başçılığı ilə burada təmir-bərpa işləri aparılıb. Məscidin tikilməsi zərurəti vaxtilə şəhər əhalisinin sayının çoxalması və məhəllənin böyüməsi ilə bağlı olmuşdur. Məscidin tikintisinin təşəbbüskarları yerli məhəllə sakinləridir. Camaatın qeyd etdiyinə görə, məscidin inşasına təbrizli bir şəxs rəhbərlik edirmiş. Tikinti materiallarının daşınması üçün məhəllə camaatı 200 araba ayırıbmış.


Məscid kompozisiya və konstruksiyası ilə digər məscidlərdən xeyli fərqlənir. Onun minarəsi yoxdur. Minarəni məscidin quzey divarlarında özünəməxsus tikilmiş və günbəzin lap yuxarı hissəsinə kimi uzanan pillələr əvəz edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahsevənlər məscidi haqqında məlumat. Şahsevənlər məscidi nədir? Şahsevənlər məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    İlham Əliyev

  • Fevral 28, 2026

    Plebs

  • Mart 01, 2026

    Vikidata

  • Mart 01, 2026

    Ginkqo

  • Fevral 27, 2026

    Kalaxar şiri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst