Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə

Qış nağılı

  • Ana Səhifə
  • Vikipediya
  • Qış nağılı

Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə qoyulmuşdur. 1623-cü ildə ilk dəfə Uilyam Şeksprin əsərlərinin hamısının nəşr olunduğu Birinci Folio kolleksiyasında göstərilmişdir. Əsər ilk dəfə təqdim olunduğu zaman komediya janrında yazıldığı qeyd edilsə də, bəzi müasir redaktorlar bu dramın roman janrında olduğunu iddia edirlər.

Qış nağılı
The Winter's Tale
Müəllif Uilyam Şekspir
Janrlar komediya, roman
Orijinalın dili İngilis dili
Ölkə
  •  İngiltərə
Orijinalın nəşr ili 1623
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu pyes ingilis dilinin istifadə olunduğu ölkələrin səhnələrində tam mətni ilə deyil, müxtəlif teatrlarda nümayiş edilmişdir. 18-ci əsrdə çox tanınmış Şekspir aktyoru olan Devid Qarrik bu pyesindəki bir personajı canlandırmaqla çox şöhrət qazanmışdır. 19-cu əsrdə isə üçüncü pərdə pastoral xarakterli olmuş və böyük məşhurluq qazanmışdır. Ancaq 20-ci əsrin ikinci yarısında "Qış nağılı" pyesi tamamilə və Birinci Folio kolleksiyasındakı mətninin hamısını əhatə edərək, ilk dəfə səhnəyə qoyulmuşdur.

Mündəricat

Personajlar

Siciliya

  • Leontes – Siciliyanın Kralı
  • Hermion – Sicilyanın səxavətli və gözəl kraliçası.
  • Kamillo – Bir dürüst siciliyalı zadəgan.
  • Paulina – Siciliyalı bir zadəgan qadın.
  • Antiqon – Paulinanın həyat yoldaşı, həmçinin Hermionun sadiq dostu.
  • Dion –Siciliyalı bir lord.
  • Kleomen – Siciliyalı lord.
  • Mamiliy – Siciliyanın gənc şahzadəsi, Leontes və Hermionun oğlu.
  • Emiliya – Hermionun gözlədiyi qadınlardan biri.
  • Qaoler – Hermionu həbsxanaya salmaqda günahkar bilinən şəxs.
  • Mariner – Onun gəmisi Antiqonu Bohemiyaya götürür.

Bohemiya

  • Poliksen – Bohemiyanın Kralı və Leontesin uşaqlıq dostu.
  • Florizel – Poliksein tək övladı və varisi.
  • Perdita – Leontes və Hermionun qızı, kral ailəsiniə mənsub olmasından xəbərsizdir.
  • Çoban – Köhnə və şərəfli bir kəndli.
  • Kloun və ya gənc çoban – köhnə çobanın oğlu və Perditanın ögey qardaşı.
  • Avtolik – avara
  • Mopsa – xanım çoban, gənc çobana aşiq.
  • Dorkas – xanım çoban, gənc çobana aşiq.

Digər personajlar

  • Arxidamus – bohemiyalı bir zadəgan.
  • Siciliyadakı zadəganlar, xidmətçilər, xanımlar və cənablar
  • Bohemiyadakı çobanlar və xidmətçilər

Sinopsis

Tomas Çarlz Vaqeman tərəfindən çəkilən "Qış nağılı" (1828) -rəsm əsərində də Avtolikus kimi Con Favkett
Paulina qızı Perditaya mərhəmət göstərmək üçün Leontesə yalvarır.

Pyes uşaqlıqdan bəri iki yoldaş olan, Siciliya kralı Leontes ilə Bohemiya kralı Poliksenin səhnəyə daxil olması ilə başlayır. Poliksen Siciliya Krallığını ziyarət edir və köhnə yoldaşı ilə bir müddət vaxt keçirir. Lakin orada 9 ay qaldıqdan sonra, Poliksen öz padşahlığına dönmək və ölkəsini və orada olan oğlunu görmək üçün Sicilyadan ayrılmaq istəyir. Leontes yoldaşının bir az daha çox qalması üçün çox israr edir; amma yoldaşının qərarını dəyişdirə bilmir. Leontes o zaman arvadı olan, kraliça Hermionu, yoldaşını razı etmək üçün onun yanına göndərir. Hermion üç qısa çıxış edərək bu vəzifədə müvəffəqiyyət qazanır. Leontes necə olub da Hermionun Polikseni elə çox tez qərarından dəyişdirməyi bacardığını anlaya bilmir, amma birdən-birə qısqanclıq damarı tutur və hamilə olan arvadı Hermionun Poliksenlə gizli cinsi əlaqə qurduğunu və hamilə olduğu uşağın da bu əlaqədən olan qeyri-qanuni bir körpə olduğunu düşünməyə başlayır. Leontes Sicilyalı bir lord olan Kamilloya Polikseni zəhərləyib öldürməsi üçün əmr verir.

Lakin Kamillo Polikseni öldürmür və ikisi birlikdə Bohemiyaya qaçırlar. Leontes arvadı Hermionu zina və öz həyatına qarşı sui-qəsd hazırlama cinayətləri ittihamı ilə həbsə atır. Zindanda olarkən Hermionun qız uşağı olur. Leontes Sicilyalı bir saray mənsubu olan Antiqonusa bu körpəni anasından alıb öldürməsini əmr edir. Hermionun mühakimə olunması zamanı kahin rahibə Herminonun günahsız olduğunu bildirir; lakin Leontes bu qərarı dinləmək istəmir. Bu zaman Leontesin gənc oğlu Mamiliyin, anasının aqibətindən çox kədərlənməsi xəbəri məhkəməyə gəlir. Hermion bu xəbəri eşidincə huşunu itirib yerə yıxılır və ölmüş olduğu deyilir. Leontes bundan sonra aldığı qərarın doğru olmadığını anlayır. Ölmüş olan oğlu və arvadının xatirələrini həyatının sonuna qədər hər gün xatırlayıb böyük bir acı ilə yas tutacağına and içir.

Leontes Antiqonusa Hermiondan qaçırıb aldığı yeni doğulmuş olan qızı aparıb Bohemiyada dəni sahilində buraxması üçün əmr verir. Hermion Antiqonusun yuxusuna girir və kiçik körpəyə "Perdita" adını verməsini istədiyini söyləyir. Antoqones körpəyə mərhəmət edib baxmaq istəyir. Ancaq bunu bacara bilmir, çünki Şekspirin burada yazdığı və hər kəsin çox yaxşə bildiyi çox əcaib bir səhnə təlimatı olan "Bir ayı tərəfindən qovularaq səhnədən çıx" təlimatına uyğun olaraq körpəni qoyub ayıdan qaçar. Bir çoban və "Kloun" adıyla bilinən oğlu, Perditanı qurtararlar və bu körpənin yanında olan böyük məbləğdə qızıl pul səbəbindən da ikisi də çox zəngin olarlar.

Çarlz Robert Lesli tərəfindən Florizel və Perditanın oymağı.

Yeni pərdədə zaman sürətlə keçir və son hadisədən 16 il ötür. Leontes bu son 16 ili oğlu vəhəyat yoldaşının yası ilə keçirmişdi. Bohemiyada Poliksen və Kamillo, Poliksenin oğlu olan Florizelin bir qız çobana vurulduğunu öyrənirlər. Paltarlarını dəyişdirərək çoban qızın olduğu kənddə edilən bir "qoyun yunu qırxma" festivalına xərclərqoşulurlar və gənc cütlükləri nikahdan uzaqlaşdırmaq üçün təhdid edirlər. Lakin gənclər Kamillonun dəstəyi Sicilyaya qaçmağı bacarırlar.

Poliksen onları təqib edir. Avtolikus adında bir hiyləgərin köməyiylə nəhayət Perditanın kimin qızı olduğunu sirrini açar və Perditanın əsl atası Leontes ilə bir araya gəlir. İki kral da bir-biriylə barışırlar və hər ikisi də Florizel və Peritanın nikahlarına icazə verirlər. Hamısı birlikdə Hermion ilə sarayda birlikdə olan, sarayda onun tərəfini daima tutmuş olan və Hermionun xatirəsini əbədiləşdirmək üçün onun böyük heykəlini evində saxlayan və eyni zamanda Antiqonusun keçmiş arvadı olan Paulinanı ziyarətə etməyə gedirlər. Bu zaman heykəl birdən həyata gəlir və əsl Hermion olaraq canlanır. Sən demə, Delfi tanrılar kahinin sözlərini təsdiqləmək üçün və qızı ilə təkrar qovuşana qədər illər uzunu Hermionu hamıdan gizləmişdir.

Həmçinin bax

  • Hamlet
  • Otello
  • Romeo və Cülyetta,

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qış nağılı haqqında məlumat. Qış nağılı nədir? Qış nağılı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    I Kristian

  • Fevral 27, 2026

    Tonyukuk

  • Fevral 27, 2026

    V Çarlz

  • Fevral 27, 2026

    Plitələrin tektonikası

  • Fevral 25, 2026

    Maqma

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst