Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfinin nümayəndələri, əsasən, dəniz və okeanlarda, bəzi növləri şirin sularda yaşayır. Bu sinfə 730 növ balıq aiddir. Sin

Qığırdaqlı balıqlar

  • Ana Səhifə
  • Vikipediya
  • Qığırdaqlı balıqlar

Qığırdaqlı balıqlar (lat. Chondrichthyes) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi.

Qığırdaqlı balıqlar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Sinif:
Qığırdaqlı balıqlar
Beynəlxalq elmi adı
  • Chondrichthyes Tomas Henri Haksli, 1880
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  159785
NCBI  7777
EOL  2774522
FW  

Mündəricat

Ümumi xarakteristika

Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfinin nümayəndələri, əsasən, dəniz və okeanlarda, bəzi növləri şirin sularda yaşayır. Bu sinfə 730 növ balıq aiddir. Sinif 2 alt sinfə - Yastıqəlsəməlilər (Elasmobranchii) və Bütövbaşlılara (Holocephali) bölünür.Ən tanınmış nümayəndələri köpəkbalıqları və skatlardır.

Daxili və xarici quruluşu

Qığırdaqlı balıqların uzunluğu bir neçə sm-dən başlayaraq 20 metrə kimi olur. Onların xarakterik xüsusiyyəti skeletin qığırdaqdan ibarət olması, dişcikli pulcuqlarla örtülmüş dəri örtüyü, dişlərin emal qatı ilə örtülməsi, 5-7 cüt xarici qəlsəmə dəliyinin olması, üzmə qovuğunun olmamasıdır. Qığırdaqlı balıqlar üçün eninə ağız və mürəkkəb quruluşlu beyin xarakterikdir. Bəzi balıqlar elektrik orqanlara (bizquyruq skat), bəziləri isə zəhərli vəzilərə (dəniz tülküsü) malikdir. Bu balıqlar, əsasən, (skatlar istisna olmaqla) kürü tökməklə çoxalır. Köpək balıqlarında, həmçinin, yumurta-diridoğma və diridoğma müşahidə edilir. Skatlar yalnız diridoğma və yumurta-diridoğma ilə çoxalır. Sənayedə əhəmiyyəti var. Bəzi növləri insan üçün təhlükəlidir (məsələn, çəkic balığı).Qığırdaqlı balıqların skeleti qığırdaqdan ibarətdir. Sümüklü balıqlardan fərqli olaraq bu balıqlarda üzmə qovuqcuğu yoxdur. Ona görə də bu balıqlar dərinə dalmamaq üçün daim hərəkət etməlidirlər. Digər tərəfdən qığırdaqlılarda qəlsəmə dəlikləri çölə açılır və qəlsəmə qapağı olmur. Burada ximerlər istisna təşkil edir. Ximerlərdə qəlsəmə dəliyi dəri qırışı ilə örtülür. Qəlsəmə yarıqları və qəlsəmə qövsü adətən 5 ədəd, bəzi hallarda isə 6-7 ədəd olur. Sümüklü balıqlardan fərqli olaraq qığırdaqlı balıqların qəlsəmələri azot mübadiləsi qalıqları və duzlar ayırmır. Köpək balıqları ağız vasitəsilə nəfəs alır. Skatlarda su açıq klapanlar vasitəsilə ağız-udlaq boşluğuna daxil olur, klapanlar bağlandıqda qəlsəmələrdən xaric edilıir.

İnkişafı

Qığırdaqlı balıqların cinsiyyət sistemi cinsiyyət vəziləri və cinsiyyət axarlarından ibarətdir. Onlar üçün daxili mayalanma xarakterikdir. Yumurtalıqdan çıxan yumurta hüceyrəsi yumurta axarının yuxarı hissəsində mayalanır. Mayalanmış yumurta hüceyrəsindən yumurta yaranır. Yumurta ya orqanizmdən xaric olur, ya da yumurtalığın aşağı hissəsində qalır. Birinci halda yumurta xarici mühitdə inkişaf edir və ondan xırda fərdlər çıxır. İkinci halda embrion ana orqanizmində inkişaf edir. Beləliklə, qığırdaqlı balıqlar yumurtaqoyma və diridoğma ilə çoxalırlar.

İfrazat sistemi

İfrazat orqanı funksiyasında böyrəklər çıxış edir. Sidiyin əsas komponenti qismində ammonyak (sümüklü balıqlarda) deyil, sidik cövhəri çıxış edir. Dənizlərdə yaşayan qığırdaqlı balıqlar izotonik mühitdə yaşayır. Onların toxumalarındakı təzyiq xarici təzyiqə bərabər olur.

Azərbaycanın ixtiofaunasında bu sinfə aid növ yoxdur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qığırdaqlı balıqlar haqqında məlumat. Qığırdaqlı balıqlar nədir? Qığırdaqlı balıqlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Binq Krosbi

  • Fevral 12, 2026

    Barokko

  • Fevral 27, 2026

    1920-ci illər

  • Fevral 27, 2026

    Mit Romni

  • Fevral 27, 2026

    Karbon monoksid

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst