Qüdrət Əhməd oğlu Səlimxanov (1905, Fatmayı, Bakı qəzası – 1981, Bakı) — Azərbaycan həkimi, tibb elmləri doktoru (1960), professor. 1979–1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının müdiri.
| Qüdrət Səlimxanov | |
|---|---|
| Qüdrət Əhməd oğlu Səlimxanov | |
| Doğum tarixi | 1905 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1981 (75–76 yaşında) |
| Vəfat yeri | |
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | Bilqeys Səlimxanova |
| Uşağı | Zemfira Səlimxanova |
| Elm sahəsi | patoloji anatomiya[d] |
| Elmi dərəcəsi |
|
| Elmi adı | |
| İş yeri |
|
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
Qüdrət Əhməd oğlu Səlimxanov 1905-ci ildə Bakı qəzasının Fatmayı kəndində anadan olub. İlk təhsilini kənddə dördsinifli ibtidai məktəbdə almışdır. Orta təhsilini Binəqədi kəndində almışdır. 1923-cü ildə Qüdrət Səlimxanov Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. 1929-cu ildə həmin universitetini bitiən Q. Səlimxanov ixtisas üzrə işləmək üçün Ağdama göndərilir. İlk əmək fəaliyyətinə Ağdam rayonundan başlayır. 1930-cu ildə Tibb İnstitutunun pataloji anatomiya kafedrasında işləmk üçün dəvət olunur. Kerç cəbhəsində polkovnik-həkim işləyib. Cəbhədəki xidmətlərinə görə "Qırmızı bayraq" ordeni ilə təltif edilib. 1943-cü ildə müharibədə yaralandıqdan sonra yenidən Azərbaycan Tibb Universitetinə qayıdır.
Fəaliyyəti
1938-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcə almışdır. 3 monoqrafiyanın, səksənə yaxın elmi məqalələrin müəllifidir. Onun rəhbərliyi altında 3 doktorluq, 8 namizədlik dissertasiya müdafiə edən yetirmələri olmuşdur. Akademik Zərifə Əliyevanın doktorluq dissertasiyasının opponenti olmuşdur. Qüdrət Səlimxanov 1961-ci ildə elmi-pedoqoji fəaliyyətinə görə SSRİ patoloqlarının Ümumittifaq Cəmiyyətinin plenum üzvü, Bakı şəhər patoloqlarının sədri, Ali Attestasiya Komissiyasının sədri olmub. Azərbaycan Sovet Ensiklopediyasının və "Azərbaycan tibb jurnalı" redaksiyasının üzvü olub.
Mükafatları
- Qırmızı Ulduz ordeni
- Qırmızı Bayraq ordeni
- "Şərəf nişanı" ordeni
Həmçinin bax
- İsa Səlimxanov
- Rza bəy Səlimxanov
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qüdrət səlimxanov sözünün mənası, qüdrət səlimxanov haqqında məlumat. qüdrət səlimxanov nədir? qüdrət səlimxanov nə deməkdir?