Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sabiq sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993).
| Pənah Hüseyn | |
|---|---|
| |
| 8 oktyabr 2012 – 14 dekabr 2025 | |
| Əvvəlki | Qiyas Sadıqov |
| 4 aprel 1999 – 2003 | |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| Sonrakı | Qiyas Sadıqov |
| 2005 – 2010 | |
| Seçki dairəsi | 2005 — 63 saylı Sabirabad birinci |
| 28 aprel, 1993 – 30 iyun, 1993 | |
| Əvvəlki | Əli Məsimov |
| Sonrakı | Surət Hüseynov |
| 20 may 1992 – 28 aprel 1993 | |
| Əvvəlki | Midhət Abasov |
| Sonrakı | Əli Kərimov |
| Yanvar 1992 – 1992 | |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| Sonrakı | Fərəc Quliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 28 oktyabr 1957 (68 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, tarixçi |
| Dini | İslam |
Həyatı
Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.
Siyasi fəaliyyəti
1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.
2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olmuşdur.
Partiya fəaliyyəti
Pənah Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olmuş, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında partiya sədri seçilmişdir. 2003-cü ildə həbs edildikdən sonra partiya sədri vəzifəsini Qiyas Sadıqov icra etməyə başlamışdır. O, 2005-ci ilin may ayında Azərbaycan Xalq Partiyası Siyasi Şurasından və rəhbər orqanlarından istefa vermiş və sıravi partiya üzvü olaraq fəaliyyətinə davam etmişdir.
Pənah Hüseyn 8 oktyabr 2012-ci il tarixli Azərbaycan Xalq Partiyası II Qurultayında partiyanın sədri seçilmişdir.
Pənah Hüseyn 97 qurultay iştirakçısının 59-nun iştirakı ilə keçirilən 25 iyul 2015-ci il tarixli Azərbaycan Xalq Partiyası III Qurultayında 59 səs alaraq partiyanın sədri seçilmişdir.
Pənah Hüseyn 11 dekabr 2022-ci il tarixli Azərbaycan Xalq Partiyası V Qurultayında yekdilliklə partiyanın sədri seçilmişdir.
2025-ci ilin dekabrında Azərbaycan Xalq Partiyasının VII növbədənkənar qurultayında istefasını qəbul olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pənah Hüseynov haqqında məlumat. Pənah Hüseynov nədir? Pənah Hüseynov nə deməkdir?
