Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bak

Püstə Məlik-Aslanova

  • Ana Səhifə
  • Vikipediya
  • Püstə Məlik-Aslanova

Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi

Püstə xanım Məlik-Aslanova
Doğum tarixi 2 fevral 1926
Doğum yeri Qaryagin, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2001 (74–75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Kamal
Uşağı Sənan
Atası Süleyman bəy
Anası Xurşud xanım
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

Mündəricat

Həyatı

Püstə xanım 2 fevral 1926-cı ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib.
1951–1953-ci illərdə Azərbaycan Respublikası Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutunun (indiki Milli Onkologiya Mərkəzi (Azərbaycan) aspiranturasında oxuyub.

Fəaliyyəti

  • 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
  • 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
  • 1957– 2001-ci illərdə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunun (indiki Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Püstə xanım Azərbaycanda yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir.
  • 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.
  • Püstə xanımın fəal iştirakı ilə təşkil olunmuş traxomanın laborator diaqnostikanın xidməti bu ağır göz xəstəliyinin respublikada tam ləğv olunmasını mümkün etmişdir. Onun səyləri nəticəsində institutda tətbiq edilmiş histokimyəvi üsullar, elektron, lyuminessent və polyarizasiyon mikroskoplarla aparılan müayinələr görmə üzvünün xəstəliklərinin morfoloji diaqnostika prinsiplərinin işləməsinə qiymətli əmanət olmuşdur və görmə üzvünün yenitörəmələrinin morfoloji diaqnostikası işində də böyük xidmətlərə malikdir.
  • Məlik-Aslanovanın 150-dən artıq elmi əsər, 2 monoqrafiya çap etdirmişdir, 2 doktorluq və bir çox namizədlik dissertasiyalarının rəhbərliyində iştirak etmişdir.

Ailəsi

Həyat yoldaşı Kamal Kərimzadə (1921 – ?)
Övladı Sənan (1959, Bakı)

Mükafatları

Azərbaycan Respublikasının əməkdar elm xadimi — 02.11.2000.

Həmçinin bax

Məlik-Aslanovlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Püstə Məlik-Aslanova haqqında məlumat. Püstə Məlik-Aslanova nədir? Püstə Məlik-Aslanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dənizli ili

  • Fevral 27, 2026

    Jonas Brothers

  • Fevral 27, 2026

    Keşlə FK

  • Fevral 23, 2026

    Göy gurultusu

  • Fevral 27, 2026

    Mucuq

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst