Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Petır Stefanov Stoyanov (bolq. Петър Стефан Стоянов; 25 may 1952[…], Plovdiv və ya Asenovqrad[d]) — bolqar siyasətçisi, Bolqarıstanın 3-cü prezidenti (1997–2002

Pyotr Stoyanov

  • Ana Səhifə
  • Vikipediya
  • Pyotr Stoyanov

Petır Stefanov Stoyanov (bolq. Петър Стефан Стоянов; 25 may 1952[…], Plovdiv və ya Asenovqrad[d]) — bolqar siyasətçisi, Bolqarıstanın 3-cü prezidenti (1997–2002)

Pyotr Stoyanov
bolq. Петър Стефанов Стоянов
Bolqarıstan Respublikasının Prezidenti
22 yanvar 1997 – 22 yanvar 2002
ƏvvəlkiJelyu Jelev
SonrakıGeorgi Pırvanov
Bolqarıstan Milli Məclisinin deputatı
11 iyul 2005 – 14 sentyabr 2007
Şəxsi məlumatlar
Doğum tarixi 25 may 1952(1952-05-25)[…] (73 yaş)
Doğum yeri
  • Plovdiv, Bolqarıstan və ya
  • Asenovqrad[d], Bolqarıstan
Təhsili
  • Sofiya Universiteti
Fəaliyyəti siyasətçi, vəkil, hüquqşünas
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi, hüquq, siyasət
Təltifləri Collar of the Spanish Order of the Civil Merit — 1999 Grand Star of the Decoration for Services to the Republic of Austria "Rumıniya ulduzu" ordeni 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni — 1997 "Fil" ordeninin cəngavər dərəcəsi — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Pyotr Stoyanov 1952-ci il may ayının 25-də Plovdivdə anadan olub. 1976-cı ildə Kliment Oxridski adına Sofiya Universitetinin hüquq fakültəsini bitirib. Bundan sonra Plovdivdə vəkil işləyib.

1992-ci ildə 1944-cü ildən o dövrə qədər Bolqarıstanda mövcud olmuş və Filip Dimitrovun rəhbərlik etdiyi ilk qeyri-kommunist hökumətdə ədliyyə naziri vəzifəsini tutub. Bolqarıstanın Demokratik Qüvvələr Birliyinin üzvü olub.

1994-cü ildə 34-cü Xalq Toplantısına (Bolqarıstan parlamentinə) deputat seçilib. Elə həmin ildən Bolqarıstan DQB sədrinin müavini, turizm, gənclər və idman nazirinin müavini vəzifələrini tutub. 1996-cı ildə DQB-də keçirilən ilkin prezident seçkilərini 66% səs çoxluğu ilə qazanın və partiyanın Bolqarıstan prezidentliyinə namizədi olub.

1996-cı il noyabrın 2-də keçirilən prezident seçkilərində Stoyanov seçicilərin 59,73 %-nin (2 502 517) səsini qazanaraq Bolqarıstan prezidenti seçilib. 1997-ci il yanvar ayının 19-dan vəzifəsinin icrasına başlayıb və Todor Kavalciyevi vitse-prezident vəzifəsinə təsdiq edib.

Pyotr Stoyanov 2001-ci ildə də Bolqarıstan prezidentliyinə öz namizədliyini irəli sürüb. Amma ikinci turda Georgi Pırvanova məğlub olub. 2005-ci ildə Smolyan və Plovdiv dairələrindən yenidən Bolqarıstan parlamentinə deputat seçilib, 2007-ci ilə qədər DQB-nin rəhbəri olub.

Pyotr Stoyanov fəal surətdə internetdən istifadə edir. İngilis və alman dillərini bilir. O, Danimarka krallığının "Fil ordeni" kavaleridir.

Ailəsi

Antonina Stoyanova ilə evlidir və bir qızı Fany (1990-cı il təvəllüdlü) və bir oğlu Stefan (1979-cu il təvəllüdlü) var. Kiçik qardaşı Emil Stoyanov, GERB -dən keçmiş deputatdır.

  1. Petar Stojanow // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
  2. Petar Stojanow // Munzinger Personen (alm.).
  3. Strazha.bg.
  4. Çex Milli Hakimiyyət Məlumat bazası.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pyotr stoyanov sözünün mənası, pyotr stoyanov haqqında məlumat. pyotr stoyanov nədir? pyotr stoyanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dəniz suyu

  • Mart 06, 2026

    Labarum

  • Mart 01, 2026

    E.ə. 1766

  • Fevral 27, 2026

    İsa Səlimxanov

  • Mart 01, 2026

    Şeyxəli xan

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst