Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pyasina — Krasnoyarsk diyarı ərazisindən axan çay. Uzunluğu 818 km, hövzəsinin sahəsi 182 min. km² təşkil edir. Taymır yarımadası ərazisindən axaraq Kara dənizi

Pyasin çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Pyasin çayı

Pyasina — Krasnoyarsk diyarı ərazisindən axan çay. Uzunluğu 818 km, hövzəsinin sahəsi 182 min. km² təşkil edir. Taymır yarımadası ərazisindən axaraq Kara dənizi. nə tökülür.

Pyasin
Xəritə
Ölkə  Rusiya
Mənbəyi  
 • Yüksəkliyi 28 m
Mənsəbi Kara dənizi
Uzunluğu 818 km
Su sərfi 2.550 m³/san
Su hövzəsi 182,000
Hövzəsinin sahəsi 182.000 km²
Pyasina çayı (Sibir federal dairəsi)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Pyasin çayı Sibirın fiziki xəritəsində:
70° 03′ 36″ N, 88° 04′ 03

70°03′ şm. e. 88°04′ ş. u.HGYO
73° 53′ 12″ N, 87° 04′ 21″ E

73°53′ şm. e. 87°04′ ş. u.HGYO
DSR?! 17020000112116100117923
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

«Pyasin» Nenes dilində hamar, düz, meşəsiz torpaq anlamında işlədilir. Bu Tundra anlamını verir.

Coğrafiyası

Pyasin çayının hövzəsi

Uzunluğu — 818 km, hövzəsinin sahəsi 182 min. km² təşkil edir. Pyasino gölündən başlanğıcını götürən çay Şimali Sibir çökəkliyindən axaraq Bırrınqa dağları uaxınlığından axaraq Pyasin köfəzinə tökülür. 170 km uzunluğunda estuari əmələ gətirir. Mənsəbində Labirintovıye adalarını əmələ gətirir. Orta illik su sərfiyyatı aşağı axarlarda 2,6 min. m³/s axın isə 82 km³ təşkil edir. Gursululuq dövrü iyundan oktyabra qədər davam edir.

Tarixi

Rus dənizçiləri ilk dəfə 1605-ci ildə Pyasin çayının mənsəbinə daxil olmuşlar. Sonradan dənizçilər Taymır yarımadasının daxilinə irəliləmişlər. 1610-ci ildə isə Kondratiya Kuroçkin və Ospin Şeppunov Pyasin çayının mənsəninə qədər gəlmişlər. 1614-ci ildən xidmət edən insanlar bura gəlişi yadaqlayırlar. Bundan sonra Pyasin ətrafına dəniz yolu unudulur. 1667-ci ildə Pyats xəritəsində (Qonudovun) Pyasin çayı Kara dənizinə deyil Yenisey çayına tökülən çay kimi göstərilir.

Pyasin körfəzinin sahilləri 1740-cı ildə Dmitriy Vasileviç Sterlekov tətqiq etmişdir, 1741-ci ildə isə Semyon Çelyuskin burada olmuşdir. 1893-ci ildə isə Nansen «Fram» gəmisində Pyasin körfəzinin tətqiqatını atmişdir. 1915-ci ildə isə A. Beqiçev B. A. Vilkinskiyə və Otto Sverdrupa kömək məqsədi ilə qış yolu ilə dəfələrlə çayın hər iki tərəfinə keçmişdir

Qolları

Çayın əsas qolları: sağdan — Çernaya, Dupıta, Yaqoda, Tareya, Binyoda, Çetırex; soldan — Aqapa, Mokoritto, Pua.

Əhəmiyyəti

Çay mənsəbdən 700 km məsafədə gəmiçilik üçün yararalıdır. Kresti qəsəbəsi yaxınlığına qədər gəmilər sərbəst irəliləyə bilirlər. Bu hissədə Dudıpta çayının mənsəbi yerləşir. Kiçik gəmilər və qayıqlar isə hətta Pyasin gölünə qədər gələ bilirlər Naviqasiya cəmi iki ay avqustun orralarından sentyabrın sonlarına kimi açıq olur.

Pyasin çayının mənsəbində Ust-Tareya və Kresti qəsəbələri yerləşir. Burada balıq ovu həyata keçirilir.

Fauna

Deltasında 1984-ci ildə 230,000 baş qaz kaloniyası müəyyənləşmişdir. Deltasında 35—45 min, hövzəsində yerləşən 260 göldə isə 200—210 min baş ağ baş qaz aşkarlanmışdır. 1987-ci il məlumatına gör hövzəsində 36 quş növü aşkarlanmışdır: qaradöş qaqar, qırmızıdöş qaqar, ağdimdik qaqar, qara qaz, qırmızıdöş qaz, əkin qazı, qaşqa qaz, kiçik qu quşu, bizquyruq ördək, dəniz qaraördəyi, ağquyruq dəniz qartalı, şahin, qütb bayquşu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pyasin çayı haqqında məlumat. Pyasin çayı nədir? Pyasin çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyük Kəhrizli

  • Fevral 27, 2026

    Qəndəhar vilayəti

  • Mart 01, 2026

    Seyidli (Ağdam)

  • Fevral 27, 2026

    Təhlükəsizlik

  • Mart 01, 2026

    Qeyri-kommersiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst