La casa de papel (azərb. Kağız ev və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir. 8 hissədən ibarət 4-cü hissə 3 aprel 2020-ci ildə nəşr olundu. 3 sentyabr 2021-ci ildə Netflix-də serialın 5-ci və son hissəsinin ilk 5 seriyası yayımlandı. 3 dekabr 2021-ci il tarixində serialın 5-ci bölümünün son 5 bölümü yayımlandı və bununla da serial bitdi.
| La casa de papel | |
|---|---|
| isp. La casa de papel | |
| | |
![]() Serialın posteri. | |
| Janr | cinayət, dram, triller, soyğun |
| Yaradıcısı | Aleks Pina |
| Rollarda | Ursula Korbero İtziar İtuno Alvaro Morte Pako Tous Pedro Alonso Alba Flores Migel Herran Xayme Lorente Ester Asebo Enrike Arse Mariya Pedraza Darko Periç Kiti Manver |
| Bəstəkar | Manel Santisteban İvan Martinez Lakamara |
| Montajçı | David Peleqrin Luiz Migel Qonzales Bedmar Veronika Kallon Raul Mora Regino Ernandez Rakel Marrako Patrisia Rubio |
| İstehsalçı ölkə | |
| Studiya | Vancouver Media Atresmedia |
| Dil | ispan |
| Rəng | rəngli |
| Mövsüm sayı | 3 (5 hissə) |
| Seriya sayı | 41 (seriyalar) |
| Seriya vaxtı | 67–77 dəqiqə (Antena 3) 41–57 dəqiqə (Netflix) |
| Davametmə müddəti | 2 may 2017 — 3 dekabr 2021 |
| Telekanal | Antena 3 |
| IMDb | ID6468322 |
| antena3.com/series/casa-… | |
Məzmun
Professor (isp. El Profesor) ləqəbli sirli bir adam tarixdə ən böyük pul soyğununu həyata keçirməyi planlaşdırır. Bu böyük ambiasiyalı planı həyata keçirmək üçün itirməyə heç nəyi qalmayan, xüsusi qabiliyyətlərə malik 8 nəfəri soyğuna cəlb edir. Məqsəd İspaniya Kral Zərbxanasına basqın təşkil etmək və 2,4 milyard avro pul çap edib aparmaqdır. Bunun üçün onların 11 günə ehtiyacları var. Bu zaman müddətində komanda 67 girov və polislərlə də məşğul olmalıdır.
Rollarda
- Ursula Korbero —Silene Oliveyra (Tokio)
- İtziar İtuno — Rakel Muriyo (Lissabon)
- Alvaro Morte — Serxio Markina (Professor/Salvador "Salva" Martin)
- Pako Tous — Aqustin Ramos (Moskva)
- Alba Flores — Aqata Ximenez (Nayrobi)
- Migel Erran — Anibal Kortes (Rio)
- Kiti Manver — Marivi Fuentes
- Enrike Arse — Arturo Roman
- Mariya Pedraza — Alison Parker
- Anna Qras — Mersedes
- Fernando Soto — Anhel
- Darko Periç — Mirko Dragic (Helsinki)
- Xuan Fernandes — Polkovnik Alfonso Prieto
- Xayme Lorente — Daniel Ramos (Denver)
- Fran Morsilyo — Pablo
- Ester Asebo Monika Qaztambide (Stokholm)
- Klara Alvarado — Ariadna
- Hovik Keuçkerian — Santiaqo Lopez (Boqota)
- Luka Peroş — Yakov (Marsel)
- Belen Kuesta — Xulia Martinez (Manila)
- Fernando Kayo — Polkovnik Luis Tamayo
- Rodriqo de la Serna — Martin Berrote (Palermo)
- Nayva Nimri — Alisia Sierra
Seriyalar
| Mövsüm | Seriya sayı | Yayımlanma tarixi | ||||
|---|---|---|---|---|---|---|
| Başlanğıc | Bitiş | Kanal | ||||
| 1 (1-ci hissə) | 9 | 2 may 2017 | 27 iyun 2017 | Antena 3 | ||
| 1 (2-ci hissə | 6 | 16 oktyabr 2017 | 23 noyabr 2017 | Antena 3 | ||
| 2 (3-cü hissə) | 8 | 19 iyul 2019 | 19 iyul 2019 | Netflix | ||
| 2 (4-cü hissə) | 8 | 3 aprel 2020 | 3 aprel 2020 | Netflix | ||
| 3 (5-ci hissə: İlk 5 seriya) | 5 | 3 sentyabr 2021 | 3 sentyabr 2021 | Netflix | ||
| 3 (5-ci hissə: Son 5 seriya) | 5 | 3 dekabr 2021 | 3 dekabr 2021 | Netflix | ||
Netflix
Netflix serialın yayım hüquqlarını almış və 25 dekabr 2017-ci ildə birinci hissəsini bütün dünyada yayımlamışdır. Ancaq Netflix Spain vasitəsilə hər iki hissə buraxılmışdır. Birinci hissə 70 dəqiqəlik 9 seriyadan ibarət olsa da, Netflix seriyaların vaxtlarını kəsmiş və 13 seriya şəklində buraxmışdır. Hər seriyanın davametmə müddəti 40-50 dəqiqədir.
DVD buraxılışı
Serialın bütün seriyalarını 8 yanvar 2018-ci ildən etibarən İspanca Amazon saytında öncədən sifariş etmək mümkündür.
İndiki
Cənubi Koreya uyğunlaşması
2020-ci ilin noyabr ayında Netflix şounun Cənubi Koreyaya uyğunlaşdırılmasını yaradacağını elan etdi. Money Heist: Korea - Joint Economic Area adlı 12 hissədən ibarət istehsal BH Entertainment və Contents Zium arasında əməkdaşlıq olacaq və rejissor Kim Honq-sun olacaq. Uyğunlaşmanın istehsalı Cənubi Koreyada COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.
Spin-off seriyası
2021-ci ilin noyabrında Netflix 2023-cü ildə buraxılması planlaşdırılan Berlin adlı spin-off seriyası yaradacağını elan etdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pul soyğunu sözünün mənası, pul soyğunu haqqında məlumat. pul soyğunu nədir? pul soyğunu nə deməkdir?
