Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45–50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır. Leovo şəhərinədək gəmiçiliyə yararlıdır. 1978-ci ildə Rumıniya ilə Moldova arasında çayın üzərində həcmi 1085 milyon m³ olan su anbarı ilə birlikdə hidrotexniki qovşaq tikilmişdir. Yaremça, Kolomıya, Siyatın, Çernovtsı, Novoselitsa, Ungenı, Leovo şəhərləri Prut sahilində yerləşir.
| Prut | |
|---|---|
| |
| |
| Ölkə | |
| Mənbəyi | Karpat |
| Mənsəbi | Dunay |
| Uzunluğu |
|
| Su sərfi | 121 m³/san |
| Hövzəsinin sahəsi | 27.500 km² |
1941-ci ildə K. A. Qasımov bir neçə döyüşçü ilə Prut üstündəki mühüm strateji əhəmiyyətli 3 körpünü partlatmış və alman-faşist qoşunlarının sol sahilə çıxmasını xeyli ləngitmişdi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Prut çayı haqqında məlumat. Prut çayı nədir? Prut çayı nə deməkdir?

