Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Prins-Eduard adaları (ing. Prince Edward Islands) — iki elə də böyük olmayan vulkan məşəlli arxipelaqdır. Adalar inzibati cəhətdən CAR-sı ərazisinə daxildir.

Prins-Eduard adaları

  • Ana Səhifə
  • Vikipediya
  • Prins-Eduard adaları

Prins-Eduard adaları (ing. Prince Edward Islands) — iki elə də böyük olmayan vulkan məşəlli arxipelaqdır. Adalar inzibati cəhətdən CAR-sı ərazisinə daxildir.

Prins-Eduard adaları
ing. Prince Edward Islands
Ümumi məlumatlar
Adaların sayı 2
Ümumi sahəsi 335 km²
Hündür nöqtəsi 1230 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
46°45′00″ c. e. 37°53′00″ ş. u.HGYO
Ölkə  Cənubi Afrika Respublikası
Akvatoriya
  • Hind okeanı
Prins-Eduard adaları xəritədə
Prins-Eduard adaları
Prins-Eduard adaları
Prins-Eduard adaları (Hind okeanı)
Prins-Eduard adaları
Prins-Eduard adaları, Hind okeanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Adaların hər ikisini 4 mart 1663 ildə holland Maerseveen gəmi kapitanı nid. Barent Barentszoon Lam (Ham) tərəfindən kəşf edilmişdir. 13 yanvar 1772 ildə fransız kapitan Mario-Dyofren adaları yenidən kəşf edir və böyük adanı fr. Île de l'Espérance (İnam adası, kiçik adaya isə fr. Île de la Caverne Mağara adası adlandırmışdır. 1776-ci ildə adalarını aşkarlayan Ceyms Kuk onları ing. Prince Edward Islands adlandırır.

Adalara ilk insan ayağı 1803 ildə dəymişdir. Adalara ilk dəfə balina oçuları yerləşmişlər.

1947—1948 illərdə Marion-Aylend adasının şərqinə stansiya yerləşdirən CAR, adaları öz ərazisi elan edir.

22 sentyabr 1979 ildə adaların yaxınlığında sputnikdən müşahidə edilən partlayış baş vermişdir. Bir çoxları İsrail və CAR ilə birlikdə nüvə bombası sınağını həyata keçirildiyi bildirilir. Digərləri isə əraziyə meteoridin düşməsini iddia edirlər.

Adaları

Arxipelaqın ən iri adası Mario-Aylenddir (46°52′ c. e. 37°51′ ş. u.HGYO), ondan 22 km şimal-şərqdə yerləşən kiçik ada olan Prins-Eduard (46°38′ c. e. 37°56′ ş. u.HGYO) adlanır. Adaların tərkibinə qayalıqlarda daxildir.

Marion-Aylend 19×12 km ölçüyə və 290 km² sahəyə malikdir. 1230 metr hündürlüyə malik adada 2004-ci ildə püskürmə baş vermişdir (Maskarin vulkanı).

Prins-Eduard adası Marion-Aylend adasından şimal-şərqdə yerləşir. Sahəsi 48 km², ən hündür nöqtəsi isə 672 m təşkil edir.

Prins-Eduard adası Yelizabet limanından 1700 km cənub-şərqdə yerləşir.

Təbiəti

Adalarda pinqivinlər, albatroslar, suitilər və su quşları yayılmışdır.

1949-ci ildə adaya beş pişik gətirilmişdir. Hədəf isə ev siçanlarının məhv edilməsi olmuşdur. 1970-ci illərdə onların sayı artıq 3000 keçmişdir. 1991-ci ildə onlar ya məhv edilmş və ya ovlanmışdır.

Onsan tərəfindən adaya gətirilən və təsadüfü halda bitən Kergelen kələmi adaların yerli bitkisinə çevrilmişdir.

İqlimi

İqlimi rütubətli və küləklidir. İl ərzində 2000 mm yağıntı düşür. Yağıntı əsasən yağış şəklində düşür. İlin 300 günü yağıntı düşür. İlin 100 günü küləyin güçü 200 km/s təşkil edir.

Havanın temperaturu qışda −5 °S, yayda isə +18 °S təşkil edir. Orta aylıq temperatur +1 °S, +10—11 °S arasında dəyişir.

Ədəbiyyat

  • Mills, W. J. Exploring Polar Frontiers. A Historical Encyclopedia. Volume 1, A—L / William James Mills. — ABC-CLIO, 2003. — ISBN 1-57607-423-4.
  • Rubin, J.. Antarctica / Jeff Rubin. — Lonely Planet, 2008. — 380 P.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, prins-eduard adaları sözünün mənası, prins-eduard adaları haqqında məlumat. prins-eduard adaları nədir? prins-eduard adaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Amerikan pendiri

  • Fevral 28, 2026

    Tomaş Rositski

  • Fevral 27, 2026

    I Artakserks

  • Mart 06, 2026

    Erzincan

  • Mart 06, 2026

    Şərhçi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst