Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tarixi vilayət şimal-qərbdəki Kotor körfəzindən cənub-şərqdə Boyana çayının mənsəbinə qədər 230 km məsafədə uzanırdı. Çimərlik tətili üçün bir yer olmuşdur. Bar

Primore (Monteneqro)

  • Ana Səhifə
  • Vikipediya
  • Primore (Monteneqro)

Primore — Monteneqronun bütün Adriatik sahili boyunca uzanan tarixi ərazi.

Tarixi vilayət şimal-qərbdəki Kotor körfəzindən cənub-şərqdə Boyana çayının mənsəbinə qədər 230 km məsafədə uzanırdı. Çimərlik tətili üçün bir yer olmuşdur. Bardakı dəniz limanı, Bar - Belqrad dəmir yolu xətti, Tivat beynəlxalq hava limanı əsas nəqliyyat qovşağlarından biri idi. Orta əsr şəhərləri: Kotor, Budva və s. Yuqoslaviyanın yaranmasından əvvəl Monteneqro Primoresi, Monteneqro Krallığının bir hissəsi deyildi, əksinə Avstriya-Macarıstan İmperiyasının sərhədyanı bir bölgəsi olmuşdur. Sonda Sloven, Xorvat və Serb Dövlətinin bir hissəsi idi.

Mündəricat

Tarixi

Orta əsrlərdə Monteneqro sahilləri Serbiya torpaqlarının bir hissəsi idi. XV əsrdə Albaniya Venetası adı altında Venesiyanın bir hissəsi olur. XVI əsrin sonlarında Venesiya Primorye ərazisinin çox hissəsini Osmanlı İmperiyasına verməyə məcbur olur. Bar və Ulsin şəhərləri ilə Primoryenin bu hissəsi Monteneqro-Türk müharibəsi (1876-1878) nəticəsində Monteneqroya birləşdirilir.

1809-1815-ci illərdə İlliriy əyalətlərinin bir hissəsi olur. Belə ki bölgə Birinci imperiya tərəfindən işğal olunur. Sonra Habsburg imperiyasına daxil edilir - Dalmatiya Krallığının bir hissəsi olaraq.

1918-ci ildə yeni qurulan Sloven, Xorvat və Serb Dövlətində daxil olunur. Dövlət ləğv edildikdən sonra eyni ildə Yuqoslaviyaya birləşdirilir. 1918-1922-ci illərdə Dalmatiya əyalətinin bir hissəsi olur, 1922-1929-cu illərdə tarixi Monteneqronun qalan torpaqları ilə birlikdə Zeta bölgəsinə, 1929-1941-ci illərdə isə Zeta banovinasına daxil edilir. 15 aprel 1979-cu ildə Monteneqronun bu hissəsində 9 bal gücündə zəlzələ baş verir.

Əhalisi

Monteneqronun bu hissəsinin əhalisi böyük qismi monteneqrolulardır. Serb Pravoslav Kilsəsinin üzvləridirlər. Əksəriyyəti serb dilində danışır.

millətsay
(nəf.)
%
ümumi
əhaliyə görə
Ümumi142 507100,00%
Monteneqrolular5740141.37%
Serblər4548333.06%
Albanlar1659112.06%
Xorvatlar49513.60%
digərləri82806.02%
qeyd etməyənlər98017.13%

Coğrafiyası

Bölgə iqlim baxımından Aralıq dənizi iqlim tipinə xasdır. Kotor şəhəri Kotorun Təbii və Mədəni-Tarixi bölgəsi adlandırılan Dünya İrsi siyahısına daxil edilmişdir.

Bələdiyyələr

Bölgəyə hazır ki bələdiyələr daxildir:

  • Herseq Novi bələdiyyəsi
  • Tivat bələdiyyəsi
  • Kotor bələdiyyəsi
  • Budva bələdiyyəsi
  • Bar bələdiyyəsi
  • Ulsin bələdiyyəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, primore (monteneqro) sözünün mənası, primore (monteneqro) haqqında məlumat. primore (monteneqro) nədir? primore (monteneqro) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kassiterit

  • Fevral 27, 2026

    Şotland

  • Fevral 27, 2026

    Çamorro dili

  • Fevral 27, 2026

    Kremona

  • Mart 06, 2026

    Krekinq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst