Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir.

Krekinq

  • Ana Səhifə
  • Vikipediya
  • Krekinq

Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir.

Şuxov krekinq prosesini istifadə edir, Bakı, Sovet İttifaqı, 1934.

Krekinq prosesi karbon zəncirlərinin qırılması və daha bəsit doymuş və doymamış karbohidrogenlərin əmələ gəlməsi ilə baş verir. Əmələ gələn maddələr sonradan parçalana bilər. Krekinq prosesindən ayrılan etilendən polietilenin və etil spirtinin istehsalında geniş istifadə olunur. Karbohidrogen molekullarının parçalanması radikal mexanizm üzrə gedir. Əvvəlcə sərbəst radikallar əmələ gəlir. Məlumdur ki, sərbəst radikallar kimyəvi cəhətdən çox aktivdir və müxtəlif reaksiyalarda iştirak edə bilər. Krekinq prosesi zamanı radikallardan biri hidrogen atomunu ayırır (a), o biri isə birləşdirir (b).

Mündəricat

Növləri

Krekinq prosesinin iki əsas növü vardır: termiki krekinq və katalitik krekinq.

Termiki krekinq

2–7 MPa təzyiqdə və 470–550°C-də aparılır. Proses yavaş gedir. Krekinq prosesində böyük molyar kütləli (C_10-C_20) karbohidrogenlər benzin fraksiyasına uyğun olan karbohidrogenlərə (C_5-C_10) parçalanır. Bu zaman şaxəsiz normal quruluşlu karbohidrogenlər əmələ gəlir. Krekinq prosesində əmələ gələn qazlara krekinq qzı, benzinə isə krekinq benzini deyilir. Krekinq qazının tərkibində olan doymuş və doymamış karbohidrogenlərdən üzvi sintezdə istifadə edirlər.

Krekinq benzininin tərkibində doymuş karbohidrogenlərlə yanaşı, doymamış karbohidrogenlər çox olduğundan, onun oktan ədədi yüksək və detonasiyaya davamlılığı birbaşa distillədən alınan benzininkindən artıqdır, lakin belə benzin tərkibindəki doymamış karbohidrogenlərin oksidləşməsi və polimerləşməsi nəticəsində getdikcə qatranlaşır və ona görə saxlandıqda öz keyfiyyətini itirir. O yanan zaman mühərrikin müxtəlif hissələri çirklənə bilər. Bunun qarşısını almaq üçün belə benzinə ya antioksidləşdirici maddələr əlavə edilir, ya da tərkibindəki doymamış karbohidrogenlər hidrogenləşdirilir.

Katalitik krekinq

prosesi alümosilikat katalizatorlarının iştirakı ilə və nisbətən aşağı temperaturda (450–500°C) aparılır. Termiki krekinqdən fərqli olaraq katalitik krekinq xeyli sürətlə gedir, nəinki karbohidrogen molekullarının parçalanması, həm də onların izomerləşməsi, yəni normal quruluşlu karbohidrogenlərin şaxəli karbohidrogenlərə çevrilməsi reaksiyaları da gedir. Bu prosesdə doymamış karbohidrogenlər termiki krekinq prosesindəkindən az əmələ gəlir.

Katalitik krekinqdə benzinin alınması prosesi xeyli sürətlə gedir və nisbətən az enerji tələb edilir. Katalitik krekinq benzinində doymamış karbohidrogenlər az olduğuna görə onda oksidləşmə və polimerləşmə prosesləri getmir. Bu növ benzin saxlanılmağa davamlıdır. Katalitik krekinq prosesində neftin kerosin və qazoyl fraksiyalarından da istifadə edilir.

Katalitik krekinqin müasir səmərəli proseslərinin yaradılmasında və istehsalata tətbiqində Azərbaycan alimlərinin, xüsusən də akademiklər V.S.Əliyev və M.İ.Rüstəmovun çox böyük xidmətləri var. Hazırda ölkəmizdə mövcud olan katalitik krekinq qurğuları bu alimlərin və onların tələbələrinin elmi işlərinin nəticəsində yaradılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, krekinq sözünün mənası, krekinq haqqında məlumat. krekinq nədir? krekinq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Bavariya bayrağı

  • Mart 05, 2026

    Fernandel

  • Fevral 27, 2026

    Saybalı

  • Mart 06, 2026

    Quercus aurea

  • Fevral 27, 2026

    Doğum

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst