PostgreSQL (/ˈpoʊstɡrɛs ˌkjuː ˈɛl/, POHST-gres kyoo el) — genişlənəbilmə və SQL uyğunluğunu vurğulayan azad və açıq mənbəli relyasiyalı verilənlər bazası idarəetmə sistemi (RDBMS). Berkli Kaliforniya Universitetində hazırlanmış Ingres verilənlər bazasının davamçısı olaraq POSTGRES adlandırılıb. 1996-cı ildə layihə SQL dəstəyini əks etdirmək üçün PostgreSQL olaraq adlandırıldı. 2007-ci ildə tərtibatçılar ad olaraq PostgreSQL, ləqəb olaraq isə Postgres istifadə etməyə qərar verdi.
| PostgreSQL | |
|---|---|
| |
| |
| Tipi | relyasiyalı verilənlərin idarəolunması sistemi |
| Repozitoriya | git.postgresql.org/gitwe… |
| Proqramlaşdırma dili | C[…] |
| Əməliyyat sistemi | FreeBSD, OpenBSD, Linux, macOS, Solaris, Microsoft Windows, Unix bənzəri |
| Yayımlanma tarixi | 1996 |
| Sonuncu versiya |
|
| Sayt | postgresql.org |
PostgreSQL atomiklik, ardıcıllıq, izolyasiya, davamlılıq (ACID) xüsusiyyətləri, avtomatik yenilənən nəticələr, materiallaşdırılmış nəticələr, triggerlər, xarici açarlar və saxlanılan prosedurlarla əməliyyatlar edir. O şəxsi istifadədən tutmuş verilənlər xəzinəsinə və ya çoxlu eynianlı istifadəçisi olan veb xidmətlərə qədər bir sıra iş yükünü idarə etmək üçün nəzərdə tutulub. Postgres macOS Server üçün standart verilənlər bazasıdır. Eyni zamanda Linux, FreeBSD, OpenBSD və Windows üçün də mövcuddur.
Həmçinin bax
- LLVM
- MySQL
- MongoDB
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, postgresql sözünün mənası, postgresql haqqında məlumat. postgresql nədir? postgresql nə deməkdir?

