Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pont çarlığı və ya Pont padşahlığı (q.yun. Βασιλεία τοῦ Πόντου, translit. Basileya tou Pontou) — e.ə. 281–62-ci illərdə Kiçik Asiyada mövcud olmuş ellinist dövl

Pont çarlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Pont çarlığı

Pont çarlığı və ya Pont padşahlığı (q.yun. Βασιλεία τοῦ Πόντου, translit. Basileya tou Pontou) — e.ə. 281–62-ci illərdə Kiçik Asiyada mövcud olmuş ellinist dövləti.

  • Müstəqil dövlət (e.ə. 281 – 63)
  • Roma Respublikası və Roma imperiyasından asılı dövlət (çarlığın şərqi; e.ə. 63 – b.e. 62)
Pont çarlığı
q.yun. Βασιλεία τοῦ Πόντου
Pontus çarlığı çiçəklənmə dövründə: VI Mitridatın hakimiyyətindən əvvəl (tünd bənövşəyi), erkən fəthlərindən sonra (bənövşəyi) və ilk Mitridat müharibələrindəki fəthlər (çəhrayı)
Pontus çarlığı çiçəklənmə dövründə: VI Mitridatın hakimiyyətindən əvvəl (tünd bənövşəyi), erkən fəthlərindən sonra (bənövşəyi) və ilk Mitridat müharibələrindəki fəthlər (çəhrayı)
e.ə. 281 — 62
Paytaxt Amasya, Sinop
Dil Laz dili
Din Senkretika
İdarəetmə forması monarxiya
Sülalə Mitridatilər
Çar
 • e.ə. 281–266 I Mirtidat
 • e.ə. 266–250 Ariobarzan
 • e.ə. 250–220 II Mirtidat
 • b.ə. 38–62 II Polemon
Davamiyyət
  •  Türkiyə
  •  Gürcüstan
  •  Rusiya
  •  Ukrayna
  •  Rumıniya
  •  Bolqarıstan
  •  Yunanıstan
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Əsasını Əhəmənilər nəslindən olan I Mirtidat qoymuşdur. Paytaxtı Amasiya şəhəri idi. Pont çarlığı tədricən tərkibinə Evksin Pontu (indiki Qara dəniz) sahilinin Trapezunda qədərki şəhərləri və şərq sərhədində yaşayan bir sıra tayfaların məskunlaşdığı ərazilər daxil olmuşdur. E.ə. II əsrin əvvəlində Pont çarlığı fəal xarici siyasət yeridirdi. I Farnak (hak. e.ə. 185–169) e.ə. 183-cü ildə Sinopu tutmuş, onu öz iqamətgahına çevirmişdir ki, şəhər V Mitridat dövründə paytaxt olmuşdur. I Farnakın hakimiyyəti dövründə Pont çarlığının Afina, Xersones və s. dövlətlərlə mədəni və iqtisadi əlaqələri möhkəmlənmişdir. Pont çarlığının böyük yüksəlişi VI Mitridat Yevpatorun hakimiyyəti dövrünə təsadüf edir. Bu zaman Bospor dövləti Pont çarlığının hakimiyyəti altına keçdi. Romaya qarşı Birinci Mitridat müharibəsində (89–85/84) böyük ərazilər ələ keçirilmişdir. Yeni işğal olunmuş bu ərazilərdə 80 min romalı və italik məhv edilmiş, onların torpaqları müsadirə olunmuş, qullar azadlığa buraxılmışdı. E.ə. 86-cı ildə Roma ordusu Pont qoşunlarını Yunanıstanda darmadağın etdikdən sonra Kiçik Asiyaya yürüşə başladı. VI Mitridat e.ə 85-ci (və ya 84-cü) ildə Sulla ilə bağladığı sülhə görə, Kiçik Asiyada ələ keçirdiyi bütün əraziləri itirmiş, öz donanmasından Romanın xeyrinə əl kəmiş və hərbi təzminat ödəməyə məcbur olmuşdur. e.ə. 83-81-ci illlərdə baş tutan İkinci Mitridat müharibəsindən sonra Üçüncü Mitridat müharibəsi (e.ə. 74-64) də Pont çarlığının məğlubiyyəti ilə nəticələnmişdir. E.ə. 71-ci ildə Roma ordusu Pont çarlığını işğal etmişdir. E.ə. 64-cü ildə Pont çarlığının qərb hissəsi Romanın Vifiniya ətalətinə birləşdirilmiş, şərq hissəsi isə Romanın müttəfiqlərini verilmişdir, lakin bu ərazilər sonradan Roma dövlətinin tərkibinə daxil edilmişdir.

Əhalisi

Pont çarlığının əsas əhalisi kappadokiyalılar olmuşdur.

İqtisadiyyatı

Pont çarlığı şəhərlərində quldarlıq münasibətləri hökm sürürdü. Kənd yerlərində isə ehtimal ki, icma və azad istehsalçı əməyinin istismarı saxlanılmışdı.

Ordu

Pont çarlığının ordusunda xidmət edənlər müxtəlif etnik mənsubiyyətə sahib idi. Çarlığın hər yerindən əsgərlər cəlb edilirdi. Ordunun tərkibinə ermənilər, bitiniyalılar, kappadokiyalılar, qalatiyalılar, henioçoylar, yazıgilər, koralloylar, leykosiriyalılar, frigiyalılar, sarmatlar, skiflər, taurilər, frakiyalılar və vasternoylar, eləcə də Qara dəniz ətrafındakı digər bölgələrdən olan əsgərlər aid idi. Orduda xidmət edən yunanlar daimi ordunun bir hissəsi deyildilər. Onlar öz şəhərlərinin vətəndaşları kimi vuruşurdular. Bir çox ellinist ordu kimi, Pont ordusu da Makedoniya falanksından istifadə etmişdir. Pont ordusu həmçinin, katafraqtlar da daxil olmaqla müxtəlif süvari vahidlərindən istifadə etmişdir. VI Mitridatın hakimiyyəti dövründə Pont çarlığında Roma üslubunda silahlanmış 120 min əsgərdən ibarət bir ordu mövcud idi.

Donanma da ordu kimi təşkil edilmişdi. Çarlığın özü gəmilərin əsas kontingentini təmin edərkən, kiçik bir hissəsi yunan şəhərlərindən gəlirdi. Donanmanın şəxsi heyəti ya çarlığın müxtəlif tayfalarından gəlmiş, ya da yunan mənşəli idilər.

Zərbxana

Pont çarlığı İran səltənətindən gəldiklərini iddia etsələr də, ümumiyyətlə ellinist krallar kimi davranırdılar. Böyük İsgəndərin krallıq rəmzlərini təqlid edərək pullarında özlərini belə göstərdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pont çarlığı sözünün mənası, pont çarlığı haqqında məlumat. pont çarlığı nədir? pont çarlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yabqu

  • Mart 01, 2026

    Nıyanca

  • Fevral 27, 2026

    Zirə FK

  • Mart 06, 2026

    Futbol meydançası

  • Mart 01, 2026

    Altay İK

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst