Poladlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd.
| Poladlı | |
|---|---|
| 39°18′36″ şm. e. 46°34′47″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Qubadlı rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Poladlı | |
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Coğrafiyası və iqlimi
Poladlı kəndi dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşir. Oykonim şahsevenlerin poladlı tayfasının adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekəli tirələri haqqında məlumat verilir. Kolanıların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Poladlı (Qubadlı) haqqında məlumat. Poladlı (Qubadlı) nədir? Poladlı (Qubadlı) nə deməkdir?
