Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pirzadlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.

Pirzadlı

  • Ana Səhifə
  • Vikipediya
  • Pirzadlı

Pirzadlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.

Pirzadlı
39°58′23″ şm. e. 47°03′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ 0200
Nəqliyyat kodu 02
Digər
iəd statistik kodu 60904005
iəv statistik kodu 60904058
Xəritəni göstər/gizlə
Pirzadlı xəritədə
Pirzadlı
Pirzadlı

Mündəricat

Toponimikası

Pirzadlı kənd adı XIX əsrin əvvəllərində 4 ailədən ibarət kiçik bir maldar elin adındandır.

Çox güman ki, Pirzadlı obası öz adını Pirzad şəxs adından almışdır. Müasir dövrdə eyni tipli Şirzad şəxs adının olması Pirzadın antroponim olması fikrini təsdiqləyir. Şirzad farsca "şir balası", "şirdən doğulmuş"(1, 58) mənasındadır. Pir sözünün fars dilində "qoca, yaşlı kişi", "təriqət başçısı" və müqəddəs hesab edilərək ziyarət olunan "qəbir", "ocaq", "ağac" mənalarını verdiyini yuxarıda qeyd etmişdik. Pirzad çox güman ki, "təriqət başçısının oğlu" və ya "ocaq oğlu" anlamındadır.

Tarixi

Hüsülü eli ilə bir yerdə köçərilik edirdi. Mənşəcə bu el Qarabağın Kəbirli tayfasına mənsub oymaqdır.

Bu tayfa mənşəcə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış Xəzərlərin Kəbər tayfasının adını əks etdirir. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına aid mənbədə bu elin adı məhz Kəbər kimi qeyd olunmuşdur.

Bu el Qərvəndli, Ulubabalı, Qızılməmmədli və Arıq Məmmədli qollarından və 40 tirədən ibarət olmuşdur: Qərvəndli, Sarıqlılar, Ətyeməzli, Qarayusifli, Sofilər, Ballılar, Mərəbasanlar, Bozallar, Ağahüseynlər, Dəymədağıldılar, Hacıtapdıqlar, Xanılar, Əmirallar (bu tirənin özü Tatalılar, Allahyarlı, Aşıqlı, Molla Bünyadlı, Məmmədhüseynli, Hacı- həsənli nəsillərinə bölünürdü). Cəfərbəyli, Hacıallahverdilər, Qarasaqqallı, Kəzkərməlilər, Çopuralılar, Hacı Fətəlilər, Doluşdular, Pornəklər, Qazoluqlar, Pərioğullar, Hacıbədəlli və b.

Digər məlumata görə Kəbir eli Qərvəndli Kəbirlisi və Xoruzlu Kəbirlisinə ayrılır. Arıq Məhəmmədəli və Qızıl Məhəmmədli isə Qərvəndli Kəbirlisindən ayrılmalıdır. Ulubabalı qolu Şirvandan gəlmə hesab olunur. Orta əsrlərdə 850 ailədən ibarət olmuş Kəbirli eli "Kəbirli yeri" adlanan ərazidə (İmişli, Ağcabədi, Cəbrayıl rayonlarındakı Qaraçuq dağına qədər) yaşamışdır.

Pirzadlı XIX əsrin əvvəllərində kəbirli tayfasına mənsub kiçik bir elatın adı olmuşdur. Qarabağın Kəbirli elinin XVIII əsrin sonu, XIX əsrin əvvəllərindəki obaları əsasən bunlar olmuşdur: Çəmənli – Hətəmxan, Çəmənli – Hacıtahir, Novruzlu, Seyidli, Qərvənd – Ağakişibəy, Əhmədavar, Qurd – Qaradağlı, Qurd – Dördlər, Qurd – Gürcüstan, Qurd – Bərdə, Qaibalılı, Əfətli, Tərəkəmə — Cəfərbəyli, Tərəkəmə — Məhəmmədlibəyli, Qiyaməddinli, Yusifcanlı, Mərzili, Saibalılı, Abbasqulu bəy, Saibalılı – Zeynalabdinli, Hüsülü, Pirzadlı, Rəncbərlər, Pərioğlular, Kələbədin, Şelli, Minaxurlu, Tərəkçi Tatar, Tərəkəmə Əhmədağalı, Tərəkəmə — İmamqulubəyli, Hacıvəlilər və başqaları (12, 224).,

Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə işğal olunub.

2020-ci il Qarabağ Atəşkəs Bəyanatına uyğun olaraq 20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Həmçinin bax

  • Saybalı
  • Poladlı (Ağdam)
  • Abdal (Ağdam)

Xarici keçid

  • https://aghdamnewsnet. 2020-04-20 at the Wayback Machine
  • "Ağdam rayonu". armenianvandalism.preslib.az. İstifadə tarixi: 28 sentyabr 2021.
  • "Vandalizmə məruz qalmış kəndlər". sabunchu.cls.az. İstifadə tarixi: 28 sentyabr 2021.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pirzadlı sözünün mənası, pirzadlı haqqında məlumat. pirzadlı nədir? pirzadlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Kvars

  • Mart 04, 2026

    Katın qırğını

  • Fevral 27, 2026

    Pont yunanları

  • Fevral 27, 2026

    Annelida

  • Fevral 27, 2026

    Əbu Ləhəb

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst