Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Astrolyabiya və ya Üstürlab (yun. ἀστρολάβος; ulduzları götürən) — fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən cihazdır. Tarixi mənbələrə görə ilk dəfə olara

Astrolyabiya

  • Ana Səhifə
  • Vikipediya
  • Astrolyabiya

Astrolyabiya və ya Üstürlab (yun. ἀστρολάβος; ulduzları götürən) — fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən cihazdır. Tarixi mənbələrə görə ilk dəfə olaraq bu cihaz Eratosfen tərəfindən b.e.ə.250-ci ildə düzəldilmişdir. Başqa mənbələrə görə bu cihaz isgəndəriyyəli qadın-astronom və riyaziyyatçı Hipatiya tərəfindən (370-415) ixtira edilmişdir. Həmin cihaz bu gün sferik astrolyabiya kimi tanınır. Bu cihazla Hipparkos Ptolomey üçün səma ulduzlarının kataloqunu tərtib edir.

Fars astrolyabiyası,1208
Təbriz astrolyabiyası
Fars astrolyabiyası, XVIII əsr

Sonralar Farslar astrolyabiyaların təkmilləşdirilməsi ilə məşğul olurlar və onu gecə və gündüzün uzunluğunun və yer üzərində horizontal bucaqların təyini, həmçinin bəzi riyazi hesabatların aparılması üçün tətbiq edirlər. Xilafətin inkişafı dövründə IX — XI əsrlərdə astrolyabiyaların tətbiqi daha da genişlənir. Çünki, onların düzəldilməsi dərin riyazi (proyeksiya həndəsəsi, sferik koordinatların hesablanması) və astronomik bilikləri tələb edirdi. Bunlar isə şərq dövlətlərində daha güclü inkişaf etmişdir.

Astrolyabiyanın konstruksiyası və işləmə prinsipini ilk dəfə olaraq Əl-Biruninin "Astrolyabiyanın hazırlanmasında bütün mümkün imkanlardan istifadə etmək" kitabında (təxm. 995-ci il) təsvir edilmişdir. O, bu kitabda cox sayda astrolyabiyanın konstruksiyasını izah etməklə bərabər, onların tətbiqi və həmçinin fəza cisimlərinin koordinatlarının təyin olunmasında yaranan xətaların qiymətləndirilməsi haqqında da tövsiyələr verir.

Astrolyabiya əsasən boşqaba oxşayan bir metallik lövhədən ibarət olub, onun daxilində bütün mexanizm yerləşdirilir. Bu lövhənin üzərinə üç yastı dairəvi lövhə – timpanlar yerləşdirilir. Bu timpanların üzərinə səma koordinat torunun xətləri (stereoqrafik proyeksiya), səma meridianları, dünya qütbünü və horizontunu göstərən xətt qeyd olunur. Verilən coğrafi endən asılı olaraq dünya qütbünün vəziyyəti və səma koordinat torunun proyeksiyası müxtəlif olur. Ona görə də, timpanların üzərində müxtəlif cografi enlər üçün səma koordinatları qeyd olunur. Cihazın mərkəzi oxuna bərkidilmiş nişanlama xəttkeşini ölçülən əşyaya tuşlamaqla onun üzərində qeyd olunmuş tarixi və ya vaxtı təyin etmək olur. Bu cihazın köməyi ilə həm də günəşin və ayın vəziyyəti, həmçinin ayın üzünün tutulması fazalarını tapmaq olur. Astrolyabiyanın triqonometrik hesablamalara əsaslanan işləmə prinsipinin dəqiqliyi, onun hissələrinin hazırlanma dəqiqliyindən asılı idi.

Avropada astrolyabiyalar XV-XVIII əsrlərdə gəmiçilikdə naviqasiya üçün tətbiq olunmağa başlayır. Əvvəlcə burada fars astrolyabiyaları tətbiq olunur, sonralar isə onların əsasında özləri düzəltməyə başlayırlar. Onlar sekstantların öndəri idilər. Bu zaman avropalılar öz hesabatlarını aparırlar ki, Avropaya uyğun coğrafi enliklərin koordinatlarını ölçə bilsinlər.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, astrolyabiya sözünün mənası, astrolyabiya haqqında məlumat. astrolyabiya nədir? astrolyabiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Klitiya

  • Fevral 27, 2026

    İsrailiyyat

  • Mart 04, 2026

    Sinus (riyaziyyat)

  • Mart 07, 2026

    Adsız venalar

  • Fevral 26, 2026

    Qafqaz dilləri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst