Pioner adası — Şimal Torpağı arxipelaqının şimal-qərbində yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Rusiyayanın Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarına daxildir.
| Pioner adası | |
|---|---|
| rus. Пионер | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 1522 km² |
| Uzunluğu |
|
| Eni | 43 km |
| Hündür nöqtəsi | 385 m |
| Əhalisi |
|
| Yerləşməsi | |
| 79°54′00″ şm. e. 92°18′00″ ş. u.HGYO | |
| Ölkə | |
| Vilayət | |
| Arxipelaq | |
| Akvatoriya |
|
![]() Pioner adası | |
![]() Pioner adası | |
Coğrafiyası
Arxipelaqın qərb hissəsində yerləşir. Komsomoles adasından eni 4–9 km plan Yunıy boğazı , Oktyabr İnqilabı adasında isə eni 9–14 km olan Qırmızı Ordu boğazı ilə ayrılır. Sahəsi 1522 km²təşkil edir. Uzunluğu 58 km, eni 25 km təşkil edir. Adanın cənub-şəqində yarımada yerləşir ki, onun uzunluğu 7 km, eni isə 5 km olur. Adadan qərbdə Krupskoy adası yerləşir.
Adanın böyük hissəsində sahillər nisbətən hündürdür. Şimal sahillərində çoxlu sayda burun və körfəzlər vardır. Cənub və şərq sahillərindən dənizə çaylar axır. Adanın ən böyük çayları: İlistaya, Klıkovaya, Vernaya, Skoraya, Sbitaya, Buyanka, Struyka, Pionerka (30 km), Qovorlivaya və Kotelçataya (25 km). Çayların böyük qismi cənuba və şərqə axır. Böyük gölləri yoxdur. Kiçik göllərin sahəsi 2–3 km² olur .
Ada ərazisində iki iri buzlaq vardır. Pioner buzlağında adanın ən hündür nöqtəsi 385 metr təşkil edir. Adanın orta hündürlüyü 40–90 m təşkil edir. Ada demək olar ki, bütünlüklə alçaq təpəliklərdən ibarətdir.
Adanın qarla örtülü olmayan sahələrində bitkilər aləmi çox zəyifdir. Adanın cəmi 10% -də tundra yayılışdır. Qalan hissələrdə isə Arktika səhraları yayılmışdır. Bitkiləri əsasən mamırlar və şibyələrdir.
Tarixi
Ada ilk dəfə 1932-ci ilin iyununda Georgi Alekseyeviç Uşakov tərəfindən aşkarlanır 1 dekabr 2006-cı ildə Taymır muxtar diyarının qanunveriçi orqanı Dumada axipelaqa daxil adaların adlarının dəyişdirilməsi haqqında qərar qəbul edilir. Ancaq Krasnoyarsk diyarının qanunvrici orqanı bu dəyişiklikləri qəbul etmir.
Yaxınlığında yerləşən adalar
- Kaplya — elə də böyük olmayan ada, 300 m uzunluğa malikdir.
- Poputnıy adası — qayalıqdan ibarət olan ada 4 km uzunluğa, 1,4 km enə malikdir. Pioner adasından 650 metr şimalda yerləşir.
- Krupskoy adası — Pioner adasından Lodoçnıy burnu ilə ayrılır. Boğazın uzunluğu 17 km, eni 8 km-dir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pioner adası sözünün mənası, pioner adası haqqında məlumat. pioner adası nədir? pioner adası nə deməkdir?


