Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pikrobazalt (q.yun. πικρός – acı və bazalt) – ultraəsasi tərkibli, olivin və avgit minerallarından təşkil olunmuş effuziv süxurdur.

Pikrobazalt

  • Ana Səhifə
  • Vikipediya
  • Pikrobazalt

Pikrobazalt (q.yun. πικρός – acı və bazalt) – ultraəsasi tərkibli, olivin və avgit minerallarından təşkil olunmuş effuziv süxurdur.

Pikrobazalt
Tünd boz rəngli pikrobazalt parçası
Havay adalarından pikrobazalt nümunəsi
Ümumi məlumatlar
Kateqoriya Maqmatik süxurlar
Formul
(təkrarlanan vahid)
(Mg,Fe)2SiO4 + (Ca,Na)(Al,Si)4O8
Kristal simmetriyası Monoklinik (piroksenlər üçün)
Hücrə vahidi a = 9.7 Å, b = 8.9 Å, c = 5.25 Å; β = 106.6° (piroksenlər üçün)
Xüsusiyyətləri
Molyar kütlə Dəyişkəndir (tərkibdən asılı olaraq)
Rəng Tünd boz, qara
Kristal xüsusiyyəti Ultraəsasi, mafik
Əkiz Nadir hallarda
Parçalanma Yoxdur
Çatlama Qabıqlı
Müqavimət Kövrək
Parlaqlıq Şüşəli, mumlu
Zolaq rəngi Boz, yaşılımtıl-boz
Şəffaflıq Qeyri-şəffaf
Sıxlıq 2.8-3.3 q/sm³
Optik xüsusiyyətlər İkiləşməyən
Refraksiya əmsalı 1.65-1.72 (olivin üçün)
İkilisapma 0.035-0.052 (olivin üçün)
Pleoxroizm Zəif
Ultrabənövşəyi flyuoressensiya Adətən yoxdur
Ərimə temperaturu 1200-1300 °C
Həllolma Turşularda yavaş həll olur
Qatışıqlar Titan, fosfor, kalium, natrium, alüminium
Dəyişilməsi Serpentinləşmə, iddingizləşmə
Digər xarakteristikaları Vulkanik mənşəlidir
Tərkibi Olivin (40-90%), klinopiroksen (10-60%), plagioklaz (0-10%)
İstinadlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tərkibi

Pikrobazaltların tərkibində 42-45% SiO2, 12%-ə qədər MgO, 10%-ə qədər CaO, 8%-ə qədər FeO+Fe2O3, 5%-ə qədər Al2O3, həmçinin az miqdarda titan, fosfor, kalium və natrium oksidləri olur.

Mineraloji tərkibi

Pikrobazaltlarda əsas minerallar olivin və avgitdir. Olivin adətən kristallar şəklində, avgit isə mikrolit xətti və ya xırda dənələr şəklində olur. İkincili minerallardan maqnetit, ilmenit, apatit və b. iştirak edir.

Strukturu və teksturası

Pikrobazaltlar afanitik (gizlikristallik) struktura malikdirlər. Teksturaları massiv, bəzən xırda badamdaşlı olur.

Yayılması

Pikrobazaltlar Yer kürəsində geniş yayılmışdır. Onlar okean adalarında, o cümlədən Havay adalarında, İslandiyada, Kamçatkada, Kuril adalarında və s. tapılır.

Mənşəyi

Pikrobazaltlar mantiyanın yuxarı hissəsindəki ərintilərin yer səthinə çıxması nəticəsində əmələ gəlir. Onlar əsasən okean rift zonalarında və qaynar nöqtələrdə püskürür.

Tətbiqi

Pikrobazaltlar tikinti materialı kimi istifadə olunur. Onlardan həmçinin heykəltəraşlıqda və dekorativ məqsədlər üçün istifadə olunur.

Ədəbiyyat

  • Петрографический словарь, М. "Недра", 1981.

Həmçinin bax

  • Bazalt
  • Komatiit
  • Olivin
  • Avgit

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pikrobazalt haqqında məlumat. Pikrobazalt nədir? Pikrobazalt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Assuriya hökmdarları

  • Fevral 10, 2026

    Yeni Torpaq

  • Fevral 27, 2026

    Ekliptik

  • Fevral 27, 2026

    Robert Şuman

  • Fevral 27, 2026

    Pfals kürfürstlüyü

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst