Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Petrosaşen (əvvəlki adı Beduruskənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin ərazisində mövcud olmuş kənd. Hal

Petrosaşen

  • Ana Səhifə
  • Vikipediya
  • Petrosaşen

Petrosaşen (əvvəlki adı Beduruskənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin ərazisində mövcud olmuş kənd. Hal-hazırda, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Amma Azərbaycan Milli Ensiklopediyasında bu kəndin adı çəkilir.

Petrosaşen
39°32′48″ şm. e. 46°44′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Petrosaşen xəritədə
Petrosaşen
Petrosaşen
Petrosaşen xəritədə
Petrosaşen
Petrosaşen

Mündəricat

Tarixi

Azərbaycan kənd təsərrüfatı üzrə 1921 il üçün siyahıyaalınmasında yaşayış məntəqəsi Beduruskənd adı ilə Qubadlı qəzasının tərkibində göstərilir. Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə yaşayış məntəqəsinin adı Petrovaşen kimi o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində qeyd olunur. Amma Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci illər üzrə inzibati ərazi bölgülərində kəndin adı Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində qeyd olunmur. Azərbaycan SSR-nin Ali Sovetinin Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli fərmanı ilə o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti Hadrut rayonunun Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində əslində mövcud olan Petrosaşen kəndi yaşayış məntəqələri siyahısına daxil edilməsinə dair Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı təsdiq olunması qərara alınmışdı. Bununla, Petrosaşen kəndi 1982-ci il üçün Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində kənd oldu.

Həmçinin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Martuni rayonunun Xocavənd rayonu adlandırılmasını, Hadrut rayonunun ləğvini, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsini qərara aldı. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırıdı. Bununla, vaxtilə mövcud olmuş Petrosaşen kəndinin ərazisi hal-hazırda Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur, amma hal-hazırda Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü təsnifatında Petrosaşen adında kənd qeyd olunmur.

Birinci Qarabağ müharibəsinin nəticəsində keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Azadliq.info-nun verdiyi məlumata əsasən, 2020-ci ili payız aylarında baş verən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri 26 oktyabr 2020-ci il tarixində Laçın rayonunun Səfiyan kəndinən şimal–şərq istiqamətində irəliləyərək, iki gün ərzində Aşağı Fərəcan, Arpagədik və Petrosaşen kəndlərini işğaldan azad etmişdilər.

Həmçinin bax

  • Çaylaqqala
  • Arpagədik
  • Spitakşen

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, petrosaşen sözünün mənası, petrosaşen haqqında məlumat. petrosaşen nədir? petrosaşen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Evklides (Meqaralı)

  • Fevral 27, 2026

    Hidrotermal yataqlar

  • Fevral 27, 2026

    Dənizkənarı Sena

  • Fevral 27, 2026

    Hokkey

  • Fevral 27, 2026

    Coser

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst