Cin Aker (ing. Jean Acker; 23 oktyabr 1893, Trenton – 16 avqust 1978, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Karyerası səssiz film dövründən 1950-ci illərə qədər davam edib. O, ən çox səssiz film ulduzu Rudolf Valentinonun ilk həyat yoldaşı kimi yadda qalıb.
| Cin Aker | |
|---|---|
| |
| Doğum tarixi | 23 oktyabr 1893 |
| Doğum yeri | |
| Vəfat tarixi | 16 avqust 1978 (84 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Həyat yoldaşı |
|
| Fəaliyyəti | aktrisa, kino aktrisası |
| Fəaliyyət illəri | 1913–1955 |
| IMDb | ID0009931 |
Həyatı
Cin Aker 23 oktyabr 1892-ci ildə Nyu-Cersi ştatının Trenton şəhərində anadan olub. Valideynləri ayrıldıqdan sonra, o, atası ilə birlikdə yaşayıb və St.Mary's Seminariyasında təhsil alıb. Karyerasına vodevil səhnələrində başlayıb və 1919-cu ildə Kaliforniyaya köçərək Hollivudda fəaliyyət göstərməyə başlayıb. Orada aktrisa Alla Nazimovanın himayəsi və sevgilisi olub, bu da ona film studiyaları ilə həftəlik 200 dollar məbləğində müqavilə bağlamağa kömək edib.
Cin Aker Rudolf Valentino ilə bir məclisdə tanış olub və iki aylıq tanışlıqdan sonra, 6 noyabr 1919-cu ildə evləniblər. Lakin Cin Aker tezliklə peşman olub və toy gecəsi onu otel otağına buraxmayıb. Bu evlilik rəsmi olaraq 1921-ci ildə boşanma ilə nəticələnib. Boşanmadan sonra Valentino ikinci həyat yoldaşı Nataşa Rambova ilə Meksikada evlənib və ABŞ-a qayıtdıqda ikiarvadlılıqda ilə ittiham olunub. Cin Aker isə "Mrs. Rudolph Valentino" adını istifadə etmək hüququ üçün məhkəməyə müraciət edib. Valentino ilə münasibətləri əvvəlcə gərgin olsa da, onun 1926-cı ildəki ölümündən əvvəl barışıblar. Cin Aker Valentino haqqında "We Will Meet at the End of the Trail" adlı məşhur bir mahnı da yazıb.
Cin Aker Alla Nazimova və aktrisa Qreys Darmond ilə romantik münasibətlər yaşayıb. 1923-cü ildə keçmiş Zieqfeld Follies rəqqasəsi Çlo Karter ilə tanış olub və ömrünün sonuna qədər onunla birlikdə yaşayıb. Cin Aker 16 avqust 1978-ci ildə 85 yaşında təbii səbəblərdən vəfat edib və Kaliforniyanın Kalver-Siti şəhərindəki Holi Kross qəbiristanlığında dəfn olunub.
Filmoqrafiyasından seçilmiş filmlər:
- "The Round-Up" (1920)
- "Brewster's Millions" (1921)
- "San Francisco" (1936)
- "Spellbound" (1945)
- "It's a Wonderful Life" (1946)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cin aker sözünün mənası, cin aker haqqında məlumat. cin aker nədir? cin aker nə deməkdir?
