Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Penelopa (q.yun. Πηνελόπη, lat. Penelope) — Qədim yunan mifologiyası personajlarından biri, Homerin "Odisseya" dastanında mərkəzi obraz. İtaka çarı Odisseyin ar

Penelopa (mifologiya)

  • Ana Səhifə
  • Vikipediya
  • Penelopa (mifologiya)

Penelopa (q.yun. Πηνελόπη, lat. Penelope) — Qədim yunan mifologiyası personajlarından biri, Homerin "Odisseya" dastanında mərkəzi obraz. İtaka çarı Odisseyin arvadı, Telemaxın anası. Bəzi mənbələrdə onun spartalı, bəzilərində isə Messeniya kral ailəsinə mənsub olması qeyd edilir. Əmisi Tindariusun Yelenanın evliliyi ilə əlaqədar Odisseylə razılığa gəlməsi nəticəsində Odisseylə evlənmişdi. Oğlu Telemaxın dünyaya gəlməsindən az sonra Odissey Troya müharibəsinə yollandı və Penelope iyirmi il tək qaldı. Dastanın klassik versiyasına görə, itakalıların əksəriyyəti onun qayıdacağına inanmadığı halda Penelopa ərinə sadiq qaldı. İtaka və qonşu adalardan yüzdən çox gənc aristokratlar Penelopaya onlardan birinə ərə getməyi barədə israrla müraciət edirdi. O isə vaxt qazanmaq üçün hiyləyə əl atdı — namizədlərdən qayınatası üçün kəfən toxunana qədər vaxt istədi və hər gecə gün ərzində ərsəyə gətirdiyi toxumaları məhv edirdi. Bu hiylə aşkar edildikdən bir müddət sonra Odissey İtakaya qayıtdı və namizədlərin hamısını öldürdü, lakin tanrıların ona olan qəzəbinə görə o sürgünə getməli oldu, Penelopa isə indi oğlunun idarə etdiyi İtakada qalmalı oldu. Daha sonra Odissey yenidən geri qayıda bildi. Geri qayıdan Odissey öz oğlu — Kirkadan doğulmuş olan Teleqon tərəfindən öldürüldü. Ərinin ölümündən sonra Penelopa həyat yoldaşının qatilinə — Teleqona ərə getdi. Həyatını Müqəddəs adalarda başa vurdu.

Penelopa
(q.yun. Πηνελόπη) (lat. Penelope)
Mifologiya Yunan mifologiyası
Hissə Odisseya
Yer İtaka, Şimali Qərbi Yunanıstan
Cinsi Qadın
Atası İkari
Anası Peribey
Əri Odissey, Teleqon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Odisseyada Penelopa çox uzun bir ayrılıq dövründə də ərini sevən, ailənin sədaqət nümunəsi olan çox ağıllı bir qadındır. Homer tərəfindən yaradılan görüntü sonrakı dövrlər üçün çox vacib idi. Penelopa afinalı dramaturqların bir sıra pyeslərində bir personaj oldu, Ovidin "Heroidlər" əsərində ondan bəhs edildi, antik heykəltəraşlar və sənətkarlar tərəfindən təsvir edildi. Sonrakı dövrlərdə Penelopa Odisseya miflərinə həsr olunmuş bir çox sənət əsərində ikinci dərəcəli bir xarakter olaraq meydana çıxır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Penelopa (mifologiya) haqqında məlumat. Penelopa (mifologiya) nədir? Penelopa (mifologiya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amber qalası

  • Fevral 25, 2026

    Su balansı

  • Fevral 27, 2026

    Palau bayrağı

  • Fevral 27, 2026

    Mərz

  • Fevral 27, 2026

    Paullinia

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst