Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

O, XX əsrin əvvəllərində qaçış yarışlarında üstünlüyü öz əlində saxladığına görə "Uçan Fin" ləqəbini ilə tanınırdı. Nurmi 1,500 metr və 20 km arasında məsafələr

Pavo Nurmi

  • Ana Səhifə
  • Vikipediya
  • Pavo Nurmi

Paavo Yohannes Nurmi— Finlandiyalı yaxın və uzun məsafəyə qaçış üzrə atlet.

Paavo Nurmi
ing. Paavo Nurmi
Şəxsi məlumatlar
Doğum adı Paavo Johannes Nurmi
Ləqəbi Lentävä suomalainen
Vətəndaşlığı
  •  Finlandiya
  • Finlandiya knyazlığı
Doğum tarixi 13 iyun 1897(1897-06-13)[…]
Doğum yeri
  • Turku, Turku və Pori quberniyası[d], Finlandiya knyazlığı, Rusiya imperiyası
Vəfat tarixi 2 oktyabr 1973(1973-10-02)[…] (76 yaşında)
Vəfat yeri
  • Helsinki, Uusimaa quberniyası[d], Finlandiya
Boyu 174 sm
Çəkisi 65 kq
İdman növü yüngül atletika
Karyera illəri 1914–1934
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nurmi 1920-ci il Yay Olimpiadasında

O, XX əsrin əvvəllərində qaçış yarışlarında üstünlüyü öz əlində saxladığına görə "Uçan Fin" ləqəbini ilə tanınırdı. Nurmi 1,500 metr və 20 km arasında məsafələrə qaçış üzrə 22 rəsmi dünya rekordunu müəyyənləşdirib və Olimpiya Oyunlarında on iki dəfə iştirakı ərzində doqquz qızıl və üç gümüş medal qazanıb. 14 illik karyerası boyu o, ölkələrin kross yarışlarında və 10,000 metrlik məsafələrdə məğlubiyyətsiz oyunlar seriyasını qoruyub saxladı.

Fəhlə ailəsində anadan olmuş Nurmi 12 yaşında ailəsini təmin etmək üçün məktəbi tərk etdi. O, 1912-ci ildə Hannes Kolehmaynenin Olimpiya uğurlarından ilhamlanaraq, özü də ciddi olaraq qaçış idmanı ilə məşğul olmağa başladı. Nurmi hərbi xidməti zamanı bu idman növündə daha da inkişaf etməyə başladı və ilk dəfə 1920-ci il Yay Olimpiya Oyunlarında debüt etdi. 5000 metr məsafəyə qaçış yarışlarında gümüş medal qazandıqdan sonra, o 10000 metr məsafəyə və kross yarışlarında qızıl medal qazandı. 1923-cü ildə Nurmi eyni vaxtda 5000 və 10000 metr məsafələrə qaçış yarışlarında dünya rekorduna sahib olan və hələ ki yeganə idmançıdır. Nurmi 1924-cü il Yay Olimpiya Oyunlarında iki saatdan az müddətdə müxtəlif məsafələrə qaçış yarışlarında qızıl medallar qazandı. Belə ki, o, 1500 və 5000 metr məsafələrə qaçış yarışlarında yeni dünya rekordunu müəyyən etdi.

1925-ci il qənaətbəxş ABŞ turnirindən sonra motivasiya və aldığı zədələr ilə mübarizə aparan Nurmi birdən-birə iki daha güclü iddiaçılar olan çoxdankı rəqiblərini Ville Ritola and Edvin Vide tapdı. 1928-ci il Yay Olimpiya Oyunlarında Nurmi 10000 metr məsafəyə qaçışda çempion olmasına baxmayaraq, 5000 və 3000 metr məsafələrə maneələrlə qaçışda qızıl medal uğrunda mübarizədə məğlub oldu. Daha sonra diqqətini daha uzun məsafələrə qaçış yarışlarına yönəltdi və 25 mil (təqribən 40 km) məsafəyə marafon yarışında dünya rekordunu sındırdı. Nurmi pərəstiş etdiyi Kolehmaynen kimi marafon yarışlarında qızıl medal qazanmaqla karyerasını sona çatdırmağı nəzərdə tutmuşdu.

Nurmi sonda Finlandiyanın ən varlı adamlarının birinə çevrilərək, xırdavatçı, tikinti üzrə layihəçi kimi işləyən və Qış müharibəsi zamanı Finlandiya üçün pul vəsaitlərini qaldırdı və sonralar Finlandiyalı atletlərin baş məşqçisi oldu. 1952-ci ildə o, Helsinkidə Yay Olimpiya Oyunlarının məşəlini yandırdı. Onun nailiyyətləri, hazırlıq üsulları və iş üslubu yaxın və uzaq məsafəyə qaçışda gələcək nəsilləri təsiri altında saxladığı üçün Nurminin sürət və ələkeçməz şəxsiyyəti "Xəyalat Finn" kimi ləqəblərin yaranmasına səbəb oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pavo Nurmi haqqında məlumat. Pavo Nurmi nədir? Pavo Nurmi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kofe

  • Fevral 27, 2026

    Myuon

  • Fevral 27, 2026

    Skif padşahlığı

  • Fevral 27, 2026

    Afrika gavalısı

  • Fevral 27, 2026

    AzSSR

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst