Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Paul Bonatz (d. 6 dekabr 1877 – ö. 20 dekabr 1956) — Almaniya memarı, Nasist memarlığına böyük təsir göstərmişdir.

Paul Bonatz

  • Ana Səhifə
  • Vikipediya
  • Paul Bonatz

Paul Bonatz (d. 6 dekabr 1877 – ö. 20 dekabr 1956) — Almaniya memarı, Nasist memarlığına böyük təsir göstərmişdir.

Paul Bonatz
Paul Bonatz
Şəxsi məlumatlar
Doğum adı Paul Michael Nikolaus Bonatz
Doğum tarixi 6 dekabr 1877
Doğum yeri Almaniya Almaniya, Ştutqart
Vəfat tarixi 20 dekabr 1956-cı il
Vəfat yeri Almaniya Almaniya
Dəfn yeri
  • Ştutqart meşə qəbiristanlığı[d]
Vətəndaşlığı Almaniya Almaniya
Təhsili
  • Münhen Texniki Universiteti
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Ştutqart, Ankara, İstambul
Əsas tikililəri
  • MHP-Arena
Üzvlüyü
  • Bavariya İncəsənət Akademiyası[d]
Mükafatları elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni — 1952
Goethe Medal for Art and Science — 1942
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Paul Bonatz 1896–1901 illəri arasında Münhen Texniki Universitetində memarlıq təhsili gördükdən sonra, Ştutqart Universitetində Prof. Teodor Fişerin assistenti kimi çalışmışdır (1902–1906), 1908-ci ildə isə onun yerinə keçdi. Türkiyədə işə gəldiyi 1943-cü ilə qədər müəllimliyə davam etdirdiyi kimi öz bürosunda da memarlıq fəaliyyətlərini davam etdirdi. Tübinqen Universiteti Kitabxanası (1910–1912), Hannover Şəhər Salonu (1910–1914), yarışma layihəsi olaraq hazırladığı Ştutqart Vağzalı (1914–1917), mühəndislik strukturlarının bir memarlıq mövzusu ola biləcəyini göstərdiyi Nekkar Su Anbarı və Elektrik Stansiyası (1926–1935), Ştutqartdaki Zepplin Oteli (1931–1933), İsveçrədə Bazel Gözəl Sənətlər Muzeyi (R. Krist ilə birlikdə; 1932–1936), müxtəlif şose körpüləri (1938–1941) bu dövr əsərlərinin başlıcalarıdır.

Bonatz Türkiyəyə ilk dəfə 1916-cı ildə İstanbulda tikiləcək Türk-Alman Dostluq Evi layihə yarışması üçün gəlmişdi. 1942-ci ildə Türkiyəyə bir daha gələrək beynəlxalq Anıtkabir arxitektura layihə yarışmasında münsiflər heyətinə seçildi. Növbəti ilin əvvəllərində, Hitler dövrünün Alman memarlığını müxtəlif ölkələrdə tanıtmaq məqsədini daşıyan Alman Memarlıq Sərgisində işlərini Ankara və İstanbulda təqdim etmək üçün yenidən Türkiyəyə gəldi. Bonatz eyni ilin sonunda Milli Təhsil Nazirliyi tərəfindən Məsləhətçilik Tikinti Bürosunun memarlıq katibliyinə gətirildi.

1947-ci ilə qədər sürən bu vəzifəsi əsnasında müxtəlif şəhərlərdə reallaşdırılacaq sənət institutları üçün layihələr hazırladı. 1943–1944-cü illərdə Emin Xalid Onat ilə birlikdə İstanbul Texniki Universiteti Memarlıq Fakültəsi olaraq istifadə olunan Daşqışlanın təmir işlərinə qatıldı, 1946–1954 arasında eyni məktəbdə arxitektura layihə müəllimliyi etdi. Çanaqqala şəhidləri abidəsi, İstanbul Radioevi və İstanbul Ədalət sarayı kimi əhəmiyyətli tikililərin yarışma müsifləri arasında idi. UIA-nın (Beynəlxalq Memarlar Birliyi) 1948-ci ildə toplanan ilk ümumi heyətinə Türk heyətiylə birlikdə qatıldı. 1954-cü ildə müharibədən sonrakı Almaniyanın yenidən qurulmasında iştirak etmək üçün Almaniyaya geri döndü və iki il sonra öldü.

Memarlıq üslubu

Bonatzın möhkəmlik, uzunömürlülük, sadəlik prinsiplərinə söykənən memarlığı, heç bir dövrə bağlı olmadan müasir olmaq (zeitlos) görüşündən yola çıxır, amma o Türkiyədə qaldığı müddət içində II. Milli Memarlıq Axımından təsirlənərək, milli mədəniyyətə sahib çıxma anlayışı içində, memarlıqda yerli elementlərin istifadə edilməsi və strukturların olduqları bölgəylə uyğunlaşma içində olması prinsiplərinə yönəlmişdir. Ankaradakı Saraçoğlu Məmur Evləri Məhəlləsi kimi strukturlarının dizaynında, ənənəvi Türk mənzil memarlığının diqqətə çarpan elementlərini bu istiqamətdə istifadə etmişdir.

Kitabları

  • "Leben und Bauen" (Yaşamaq və Tikmək) — 1950
  • "Brücken" (Körpü) — 1951

İşləri

  • Ştutqart Hauptbahnhof
    Ştutqart Hauptbahnhof
  • Tübinqen Universitetinin kitabxanası
    Tübinqen Universitetinin kitabxanası
  • Köln Roderkirxen körpüsü
    Köln Roderkirxen körpüsü
  • Nekkar Su Anbarı
    Nekkar Su Anbarı
  • Qoldşmit binası
    Qoldşmit binası
  1. https://deu.archinform.net/arch/414.htm.
  2. Bischoff G., Foessel G., Baechler C. Nouveau dictionnaire de biographie alsacienne (fr.). / Fédération des sociétés d'histoire et d'archéologie d'Alsace 1982. Vol. 4. P. 295. 4434 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, paul bonatz sözünün mənası, paul bonatz haqqında məlumat. paul bonatz nədir? paul bonatz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şəbüstər şəhristanı

  • Fevral 27, 2026

    Çarlz Darvin

  • Fevral 27, 2026

    Konqres

  • Fevral 27, 2026

    Saturn

  • Fevral 27, 2026

    Sinekliz

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst