Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Patrik Züskind 26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında doğulub. Holtshausendə böyüyüb və ilk təhsilini orada alıb. Məktəbi bitirib və ordud

Patrik Züskind

  • Ana Səhifə
  • Vikipediya
  • Patrik Züskind

Patrik Züskind (alm. Patrick Süskind‎; 26 mart 1949[…]) — alman yazıçısı, dramaturqu və ssenaristi.

PATRİK ZÜSKİND
alm. Patrick Süskind‎
Doğum tarixi 26 mart 1949 (76 yaş)
Doğum yeri Ambax, Bavariya, Almaniya Almaniya Almaniya
Təhsili
  • Münhen Lüdviq-Maksimilian Universiteti (1968–1975)
Fəaliyyəti Yazıçı, ssenarist, dramaturq
Fəaliyyət illəri 1980-ci ildən
Janrlar Roman, pyes, ssenari.
Tanınmış əsərləri
  • Kontrabas[d],
  • Ətriyyatçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Patrik Züskind 26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında doğulub. Holtshausendə böyüyüb və ilk təhsilini orada alıb. Məktəbi bitirib və orduda xidməti başa vurduqdan sonra bir il "Aix-En-Provonce" leksiyalarında iştirak edib, öz biliklərini fransız dili və mədəniyyətinin öyrənilməsinə sərf edib.

Züskind sonralar ssenarilər yazmaqla pul qazanmağa başlayıb. O, rejissor Helmut Ditl ilə məşhur "Kir Royal", "Monako Frans" və "Rossini və ya kim kim ilə yatdı" adlı televiziya filimlərinə ssenari yazıb.

Azərbaycanda çapdan çıxmış "Ətriyatçı" romanının üz qabığı

Teatr səhnəsində Züskind ilk nailiyyətini "Kontrabas"ı yazmaqla qazanıb. Sonra ona dünya şöhrəti gətirən "Ətriyyatçı" (1985) romanı, "Göyərçin" (1987) və "Cənab Zommerin tarixi" (1991) novellalarını yazıb.

Hal-hazırda gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada əsasən də Mansardanda yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə saldığına görə alman mətbuatı onu "əyləncəli alman ədəbiyyatının kabusu" adlandırır.

2006-cı ildə "Ətriyyatçı" romanı ekranlaşdırılıb.

Roman və povestləri

  • Ətriyyatçı. Bir qatilin hekayəsi (Das Parfum), 1985
  • Göyərçin (Die Taube), 1987
  • Cənab Zommerin hekayəsi (Die Geschichte von Herrn Sommer), 1991

Pyesləri

  • Kontrabas (Der Kontrabass), 1981

Ssenariləri

  • Kir Royal (Kir Royal), 1986
  • Monako Frans (Monaco Franze), 1982
  • Rozini və ya kim kim ilə yatdı (Rossini – oder die mörderische Frage, wer mit wem schlief), 1997

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, patrik züskind sözünün mənası, patrik züskind haqqında məlumat. patrik züskind nədir? patrik züskind nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kəngərli (Ağdam)

  • Fevral 27, 2026

    Mikayıl Ələkbərov

  • Fevral 25, 2026

    ISO 4217

  • Fevral 27, 2026

    Anastasiya Prasolova

  • Fevral 27, 2026

    Arthropoda

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst