Paratagenlər — Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri.
İranşünaslar bu tayfanın İranmənşəli olduğunu yazırlar. Herodotun Paratagen kimi yazdığı etnonim Bortoğandır. Qədim türk dillərində boro – boz, toğan (tuğan) isə tərlan quşunun adıdır. Görünür, bortoğan bu tayfanın onqonu olmuşdur. Er. əv. 674-cü ilə aid asur mənbəində Midiyada Partakanu adlı ölkənin adı çəkilir. Güman ki, bu toponim Portoqan tayfasının adını əks etdirir. X əsr müəllifi Konstantin Baqryanorodnıy Cənubi Şərqi Avropada kəngər-peçeneqlər içərisində Borotolmaq adlı tayfanın adını çəkir. Başqırdlarda Boronayman adlı tayfa məlumdur. XIII əsrdə monqollarda Bor-tokan və Aktokan tayfaları vardı. Orta əsrlərdə Ön Asiyada bir türk tayfası Boztoğan adlanırdı. Mənbələrdə monqolların Xartaqan (Kara-Toqan) tayfasının adı çəkilir . Bütün bunlar parataken etnoniminin borotoqan etnonimindən təhrif olunduğunu göstərir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Paratagenlər haqqında məlumat. Paratagenlər nədir? Paratagenlər nə deməkdir?