İsgəndər Həsən oğlu Quliyev (1 iyul 1938, Astara, Artupa – 17 aprel 2024) 2001-ci il yanvarın 7-də 53 saylı Astara seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.
| İsgəndər Quliyev | |
|---|---|
| İsgəndər Həsən oğlu Quliyev | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 iyul 1938 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 17 aprel 2024 (85 yaşında) |
| Partiya |
|
| Təhsili |
|
Həyatı
- 1 iyul 1938-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə almışdır.
- 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olub.
- 1965-ci ildə ali təhsilini başa vurub.
- 1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. Tarix elmləri namizədi, dosentdir.
Ölümü
17 aprel 2024-cü ildə Bakı şəhərində vəfat edib.
Əmək fəaliyyəti
- 1965–1966-cı illərdə Astara rayonu Səncərli kənd orta məktəbində direktor müavini olub.
- 1966–1968-ci illərdə Astara rayonu, Səncərli kənd orta məktəbində direktor vəzifəsində çalışıb.
- 1970-h/h BDU-da əvvəlcə müəllim, baş müəllim daha sonra dosent vəzifəsində çalışıb.
- 2000–2005-ci illərdə İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Yeni Azərbaycan Partiyası üzvü olmuşdur.
Kitabları
- Xalq nəzarətinin Lenin prinsipləri.
- Elmi texniki inqilab və gənclər.
Təltifləri
2000-ci ildə Şöhrət Ordeni ilə təltif olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsgəndər Quliyev haqqında məlumat. İsgəndər Quliyev nədir? İsgəndər Quliyev nə deməkdir?