Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pərviz Paşa oğlu Nəsibov (18 avqust 1998, Muğanlı, Ağstafa rayonu) — Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio və Paris Olimpiya Oyunlarının gümüş m

Pərviz Nəsibov

  • Ana Səhifə
  • Vikipediya
  • Pərviz Nəsibov

Pərviz Paşa oğlu Nəsibov (18 avqust 1998, Muğanlı, Ağstafa rayonu) — Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio və Paris Olimpiya Oyunlarının gümüş mükafatçısı.

Pərviz Nəsibov
Pərviz Paşa oğlu Nəsibov
Şəxsi məlumatlar
Tam adı Pərviz Paşa oğlu Nəsibov
Vətəndaşlığı
  •  Ukrayna
Doğum tarixi 18 avqust 1998(1998-08-18) (27 yaş)
Doğum yeri
  • Muğanlı, Ağstafa rayonu, Azərbaycan
Boyu 170 sm
Çəkisi 67-72 kq
İdman növü Yunan-Roma güləşi
Karyera illəri 2004–h. h.
Medallar
Olimpiya Oyunları
Gümüş 2020 Tokio-67 kq.
Gümüş 2024 Paris-67 kq.
Avropa çempionatı
Bürünc 2023 Zaqreb-67 kq.
Bürünc 2024 Buxarest-72 kq.
Gənclər arasında Dünya Çempionatı
Bürünc 2018 Trnava-67 kq.
Gənclər arasında Avropa Çempionatı
Qızıl 2017 Dortmund-66 kq.
Gümüş 2015 İstanbul-66 kq.
Gümüş 2016 Budapeşt-66 kq.
3 avqust 2021 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Altı yaşına qədər doğma kəndində yaşamış və burada idmanda ilk addımlarını atmışdır. Muğanlı kəndində bir il sərbəst güləş bölməsinə qatılmışdır. Ancaq 2004-cü ildə atası Ukraynanın Nikolayevə şəhərinə köçmüş və ailəsini də özü ilə aparmışdır. Nikolayevdə də Pərviz güləşmə məşğul olmağı davam etdirmiş, lakin burada o, yunan-Roma üslubunu seçmişdir.

2017-ci ilin mart ayında İranın Abadan şəhərində baş tutan Dünya Kubokunda, milli komandası 6-cı yerdə qərarlaşsa da, o, bütün döyüşləri məğlubiyyətsiz keçirən yeganə ukraynalı güləşçi olub. 2017-ci ilin iyul ayında Almaniyanın Dortmund şəhərində finalda gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.

2018-ci ilin sentyabr ayında SlovakiyanınTrnavaa şəhərində keçirilən gənclər arasında Dünya Çempionatının bürünc medalçısı olub. 2021-ci ilin may ayında Sofiyada keçirilən dünya lisenziya turnirində Tokio Olimpiya Oyunlarına vəsiqə qazanıb, lakin Nəsibovun sözlərinə görə bundan sonra özünə qarşı lazımi diqqət görməyib.

İdman nəticələri

  • Yeniyetmələr arasında Avropa çempionatı 2014 — 3;
  • Yeniyetmə Dünya Çempionatı 2014 — 2;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2015 — 2;
  • Yeniyetmələr arasında Avropa çempionatı 2015 — 2;
  • Yeniyetmə Dünya Çempionatı 2015 — 3;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2016 — 2;
  • Sərbəst Güləş üzrə Ukrayna Çempionatı 2016 — 2;
  • Yeniyetmələr arasında Avropa Çempionatı 2017 — 1;
  • Yeniyetmələr arasında Dünya Çempionatı 2017 — 3;

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pərviz Nəsibov haqqında məlumat. Pərviz Nəsibov nədir? Pərviz Nəsibov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Demosfen

  • Fevral 27, 2026

    Jurnalistika tarixi

  • Fevral 27, 2026

    Yanüzənlər

  • Fevral 27, 2026

    Tailand Krallığı

  • Fevral 27, 2026

    Dialekt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst