Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çələbilər – Azərbaycan Respublikasının Bərdə rayonunun Çələbilər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il ta

Çələbilər (Bərdə)

  • Ana Səhifə
  • Vikipediya
  • Çələbilər (Bərdə)

Çələbilər – Azərbaycan Respublikasının Bərdə rayonunun Çələbilər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Çələbilər kəndi Otuzikilər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çələbilər kənd Soveti yaradılmışdır.

Çələbilər
40°24′41″ şm. e. 47°18′33″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Çələbilər xəritədə
Çələbilər
Çələbilər

Mündəricat

Toponimikası

Yaşayış məntəqəsini çələbi (mövləvi dərviş ordeninin başçısı) adı ilə tanınan bir qrup ailədən ibarət nəsil saldığı üçün kənd bu nəslin adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cü ildə Cəbrayıl rayonunun Dağtumas inzibati ərazi vahidində də Çələbilər adlı kənd qeydə alınmışdır. İranda Çələbi, Krımda Çələbilər (Plodova), Rusiyada Çelyaba (Çelyabinsk) adlı yaşayış məntəqələrinin olduğu da məlumdur.

Tarixi

Çələbilərin ("Çələbi" sözü dini və dünyəvi termin olub, hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıçı, şair, bilici mənalarını verir) XVI əsrin ikinci yarısında Kiçik Asiyadan Azərbaycana gəlməlişlər. Çələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XVI-XVII əsrlərdə Cəbrayıl ərazisinə köç etmiş, əvvəlcə Niftalılar və Nusus kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Çələbilər kəndində yerləşmişdir. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir.

Coğrafiyası və iqlimi

Kənd Qarabağ düzündə yerləşir.

Din

Çələbilər kəndindəki məscid isə Məhəmməd ibn hacı Qaraman Əhmədli tərəfindən hicri tarixilə 1088-ci ildə (miladi 1678) inşa edilmişdir. O, ömrünün sonunadək həmin kənddə ağsaqqallıq etmiş, xeyirxah işlərin duaçısı, hüzuruna pənah gətirənlərin yardımçısı olmuşdur.

Həmçinin bax

  • Çələbi xalçaları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çələbilər (Bərdə) haqqında məlumat. Çələbilər (Bərdə) nədir? Çələbilər (Bərdə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Uzunluq (Riyaziyyat)

  • Fevral 27, 2026

    Macarıstan şəhərləri

  • Fevral 27, 2026

    Dəb

  • Fevral 27, 2026

    Yuqoslaviya dinarı

  • Fevral 27, 2026

    Künər vilayəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst