Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxri

Oxrid

  • Ana Səhifə
  • Vikipediya
  • Oxrid

Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir. Şəhər Skopyenin cənub-qərbində, Resen və Bitolanın qərbində yerləşir. 1979 və 1980-ci ildə Oxrid və Oxrid gölü YUNESKO tərəfindən Mədəni və Təbii Ümumdünya irsi siyahısına salınıb. Faktiki olaraq, Oxrid həm Mədəni, həm də Təbii abidələr olan YUNESKO-nun Dünya İrsinin bir hissəsi olan 28 məntəqədən biridir.

şəhər
Oxrid
Охрид
Bayraq Gerb
Bayraq Gerb
41°07′01″ şm. e. 20°48′07″ ş. u.HGYO
Ölkə
  •  Şimali Makedoniya
Region Cənub-qərbi statistik region
Başçı Aleksandr Petreski (SDMİ)
Tarixi və coğrafiyası
Sahəsi
  • 389,93 km²
Mərkəzin hündürlüyü 700 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi
  • 38.818 nəf. (2021)
Milli tərkibi makedoniyalılar, albanlar, türklər
Dini tərkibi pravoslavlıq, islam, katolisizm
Rəsmi dili makedon dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +389 46
Poçt indeksi 6000
Nəqliyyat kodu OH
Digər
ohrid.org.mk
 (maked.) (ing.)
Oxrid xəritədə
Oxrid
Oxrid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xarici video
Ohrid City of Light - Macedonia Timeless

Mündəricat

Adı

Qədim şəhər ehtimal olunur ki, "yüngül şəfəq" (λύχνος (lychnos)), "işıq saçan qiymətli daş"(λυχνίς (lychnis, gen. lychnidos)), "işıqlı şəhər" mənasını verən latın (Lychnidus) və yunan (Λύχνιδος (Lychnidos)) adları altında tanınırdı. Oxrid adına ilk dəfə 879-cu il protokollarında rast gəlinir. Belə hesab edilir ki, şəhərin adı təpənin üstündə mənasını verən Slavyan dilindəki vo hrid sözündən götürülüb (qədim Oxrid şəhərinin təpənin üstündə yerləşməsinə görə). Makedon və digər Cənubi Slavyan dillərində şəhərin adı Oxriddir. Alban dilində şəhərin adı Ohër və ya Ohri, müasir yunancaya isə Ochrida (Οχρίδα, Ωχρίδα) və Achrida (Αχρίδα) kimi məlumdur.

Demoqrafiya

2002-cu ilin siyahıyaalmasına əsasən, 42,033 nəfər əhali yaşayır və etnik tərkib aşağıdakı kimidir:

  • makedonlar — 33 791 (80,4%)
  • albanlar — 2 959 (7,0%)
  • türklər — 2 256 (5,4%)
  • digərləri — 3 027 (7,2%)

Şəhər sakinlərinin ana dillərinə aşağıdakılar daxildir:

  • makedon — 34 910 (83,1%)
  • alban — 3 957 (9,4%)
  • türk — 2 226 (5,3%)
  • digər — 1 017 (2,4%)

Şəhərin dini tərkibi aşağıdakı kimidir:

  • Pravoslav xristianlar — 33 987 (80,9%)
  • Müsəlmanlar — 7 599 (18,1%)
  • digər — 447 (1.1%)

Əsas görməli yerləri

Müqəddəs Bakirə Məryəm Bolniçka kilsəsi.
UNESCO-nun Ümumdünya irsi obyekti
Oxrid regionu
Oxrid regionunun təbii və mədəni irsi
mak. Охридскиот регион
 
Ölkə Şablon:Flaqifikasi
Tip Qarışıq
Kriteriya i, iii, iv, vii
Keçid 99
Region Avropa və Şimali Amerika 
Daxil edilməsi 1979  (3-cü sessiya)
Oxrid regionu xəritədə
Oxrid regionu
Oxrid regionu
  1. İngilis dilindəki rəsmi siyahı
  2. UNESCO-nun təsnifatına görə bölgə

VXII əsr Osmanlı səyyahı Övliya Çələbinin müşahidələri nəticəsində yaranmış belə bir əfsanə var ki, şəhərin hüdudları daxilində 365 ibadət yeri var. Bu gün bu say nəzərə çarpacaq dərəcədə azdır.

Tarixi-mədəni abidələr

  • Zeynalabidin məscidi
  • Məhəmməd peyğəmbər məscidi
  • Müqəddəs Sofiya kilsəsi
  • Müqəddəs Panteleymon monastırı
  • Müqəddəs İohann Kaneo kilsəsi
  • Müqəddəs Klement kilsəsi
  • Müqəddəs Georgi kilsəsi
  • Müqəddəs Zaum kilsəsi
  • Müqəddəs Naum monastırı
  • İkona qalereyası
  • Müqəddəs Petka kilsəsi
  • Müqəddəs Stefan kilsəsi
  • Erkən xristian vaxtlarına aid bazilikaların izlərinə rast gəlinir (məsələn, Müqəddəs Erazm bazilikası, IV əsr)
  • Robevi evi, arxeologiya muzeyi
  • Qədim Oxrid teatrı
  • XIV əsr freskalarına malik Müqəddəs Vraçi kilsəsi. Kilsənin XIV əsr ikonaları 1996, 2003-cü illərdə buraxılmış Makedoniyanın 1000 denarlıq əsginaslarının üst tərəfində təsvir olunub.

Plaoşnikdə yerləşən və yenidən bərpa olunmuş Müqəddəs Panteleymon monastırı həqiqətən də, qərb dünyasında ən qədim universitetlərdən biridir.

Tədbirlər

  • Oxrid Yay Festivalı — iyuldan avqustadək keçirilən illik musiqi və teatr festivalı
  • Oxrid Xor Festivalı — avqustun sonunda təşkil olunan illik beynəlxalq xor festivalı
  • Xalq Mahnı və Rəqslərindən ibarət Balkan Festivalı — iyul ayının əvvəlində təşkil olunan illik xalq mahnı və rəqs festivalı
  • Balkan musiqi meydanı festivalı — bütün balkan dövlətlərinin etnik musiqiçilərinin iştirak etdiyi, avqusta təşkil olunan festival
  • Oxrid Festivalı (mak. Охридски Трубадури) — bütün balkan dövlətlərinin etnik musiqiçilərinin iştirak etdiyi, avqusta təşkil olunan festival. Bu festival debütant gecəsi, folklor gecəsi, estrada gecəsi, beynəlxalq gecə olmaqla, dörd gün müddətində təşkil olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, oxrid sözünün mənası, oxrid haqqında məlumat. oxrid nədir? oxrid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Saori Yoşida

  • Fevral 27, 2026

    Sabun

  • Fevral 27, 2026

    Cənub slavyanları

  • Fevral 27, 2026

    Vaterloo döyüşü

  • Mart 06, 2026

    Obyekt (fəlsəfə)

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst