Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ovik Dəmirçyan (yun. Χόβιγκ Ντεμιρτζιάν, Şablon:Dil-arm; 3 yanvar 1989, Nikosiya) — milliyətcə erməni olan Kipr müğənnisi. O Kipri 2017 Avroviziya Mahnı Müsabiq

Ovik Dəmirçyan

  • Ana Səhifə
  • Vikipediya
  • Ovik Dəmirçyan

Ovik Dəmirçyan (yun. Χόβιγκ Ντεμιρτζιάν, Şablon:Dil-arm; 3 yanvar 1989, Nikosiya) — milliyətcə erməni olan Kipr müğənnisi. O Kipri 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Ovik Dəmirçyan
yun. Χόβιγκ Ντεμιρτζιάν
Şablon:Dil-arm
Ovik 2017-ci ildə
Ovik 2017-ci ildə
Ümumi məlumatlar
Doğum adı Ovik Dəmirçyan
Doğum tarixi 3 yanvar 1989(1989-01-03) (37 yaş)
Doğum yeri
  • Nikosiya, Nikosiya rayonu[d], Kipr Respublikası
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2009–h.h.
Janr pop
Musiqi alətləri piano, gitara
Albom şirkəti Warner Music Group[d]
hovig-music.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ovik Dəmirçyan 3 yanvar 1989-cu ildə Kiprin paytaxtı Nikosiya şəhərində erməni ailəsində anadan olmuşdur. Marketinq təhsili alan Ovik, təhsilini başa vurduqdan sonra musiqi karyerasını başlatmaq məqsədi ilə piano və gitarada ifa etməyi öyrənmiş və eyni zamanda caz və vokal dərsləri almışdır.

Musiqi karyerası

Ovikin musiqidə ilk uğuru Larnakada keçirilən musiqi yarışmasında ikinci yeri tutmağı olmuşdur. 2009-cu ilin iyun ayında onun "Den mou milas alithina (Istoria exei teleiwsei)" adlı ilk mahnısı təqdim edilmişdir. Daha sonra mahnıya videoklip də çəkilmişdir. Həmin ildə Ovik Yunanıstanın The X Factor musiqi yarışmasında iştirak etmiş və yeddinci yeri qazanmışdır. Yarışmadakı iştirakından sonra müğənni Kiprə geri dönərək, öz karyerasını davam etdirmişdir. 2010-cu ildə Ovik "Ksana", 2012-ci ildə "Mystika" və 2013-cü ildə "Ekho ya mena" sinqllarını çıxarmışdır. O eyni zamanda Yunanıstan, Yaxın Şərq və Rusiyada konsertərdə iştirak etmişdir.

Ovik Yunanıstanın The X Factor musiqi yarışmasında iştirakından sonra 2010-cu ildə Kipri Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün "Goodbye" mahnısı ilə Kiprin milli seçim turunda iştirak etmiş və üçüncü yerdə qərarlaşmışdır. Daha sonra müğənni növbəti dəfə 2015-ci ildə Kiprin Avroviziya üçün keçirdiyi seçim turuna "Stone in a River" mahnısı ilə qatılmış və dördüncü yerə layiq görülərək, yenidən Avroviziyada iştirak hüququnu qazana bilməmişdir.

2016-cı ilin oktyabr ayında Kiprin CyBC telekanalı Ovikin "Gravity" mahnısı ilə Kipri Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Ovik 9 may tarixində baş tutan yarımfinal mərhələsində 14-cü nömrə altında çıxış etmişdir. Nəticədə 164 xalla 5-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Ovik 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 68 xal toplayaraq, 21-ci yerdə qərarlaşmışdır.

Diskoqrafiya

Sinqllar

Mahnı adı İl
"Den mou milas alithina"
(Δεν μού μιλάς αληθινά — ἱστορία έχει τελειώσει)
2009
"Ksana"
(Ξανά)
2010
"Goodbye"
"Mystika"
(Μυστικά)
2012
"Ekho ya mena"
(Εγω Για Μένα)
2013
"Stone in a River" 2015
"Gravity" 2017

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ovik Dəmirçyan haqqında məlumat. Ovik Dəmirçyan nədir? Ovik Dəmirçyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Piqment

  • Fevral 27, 2026

    Lebap vilayəti

  • Mart 01, 2026

    Sus (Tunis)

  • Fevral 27, 2026

    Hollivud

  • Fevral 28, 2026

    İraqlılar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst