Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ostqot krallığı rəsmi olaraq İtaliya krallığı (lat. Regnum Italiae, it. Regno degli Ostrogoti) — Qərbi Roma imperiyasının süqutundan sonra İtaliya ərazisində (4

Ostqot krallığı

  • Ana Səhifə
  • Vikipediya
  • Ostqot krallığı

Ostqot krallığı rəsmi olaraq İtaliya krallığı (lat. Regnum Italiae, it. Regno degli Ostrogoti) — Qərbi Roma imperiyasının süqutundan sonra İtaliya ərazisində (493–553-cü illər) qurulmuş german mənşəli dövlət. Ostqotlar qotların şərq qolunu təşkil edən bir tayfa birliyi olmuşdur və onların dövləti həm Roma irsinin qorunması, həm də german mədəniyyətinin yayılması baxımından böyük rol oynamışdır.

Tarixi dövlət
Ostqot krallığı
Gerb
Gerb
493 — 553
Paytaxt Paviya, Ravenna
Dil latın dili, Qot dili
Din Arianlıq
İdarəetmə forması monarxiya

Mündəricat

Tarixi

Ostqotların mənşəyi və köçləri

Ostqotlar, qot tayfalarının şərq qolu kimi, ilkin olaraq Skandinaviya mənşəli olmuşdur, e.ə. 1-ci minillikdə Baltikyanı regiondan köçərək Qara dəniz sahillərinə və Ukrayna düzənliklərinə yerləşmişlər. Burada onlar Roma imperiyası ilə sıx təmasda olmuş və həm müttəfiq, həm də düşmən kimi çıxış etmişlər. IV əsrin sonunda hunların Avropaya yürüşü zamanı Ostqotlar hunlara tabe oldular və uzun müddət Atilla imperiyasının tərkibində yaşadılar. Atillanın ölümündən sonra (453) Ostqotlar öz müstəqilliklərini bərpa etdilər.

Krallığın qurulması (493)

V əsrin sonunda Böyük Teodorix Ostqotların lideri olmuşdur. O, Bizans imperatoru I Zeno ilə razılaşaraq İtaliyaya yürüş etmişdir. O zaman İtaliyada Odoakr adlı german sərkərdəsinin rəhbərliyi altında zəif bir rejim hökm sürürdü. Teodorix 493-cü ildə Odoakrı məğlub edib öldürərək Ostqot krallığını qurmuş və Ravenna şəhərini paytaxt etmişdir. Teodorix dövründə krallıq həm daxildə sabitlik, həm də çiçəklənmə dövrü yaşamışdır. Romalı əhali ilə german ostqotlar arasında qarşılıqlı hörmət və əməkdaşlıq təmin edildi. Roma qanunları, idarə sistemi və mədəniyyəti saxlanıldı, yalnız hərbi və siyasi hakimiyyət ostqotlarda idi. Teodorix bizansla, franklarla və visiqotlarla diplomatik əlaqələr qurmuşdur. Kilsə və dövlət arasında tarazlıq saxlanılmağa çalışıldı, baxmayaraq ki, ostqotlar ariçilik (xristianlığın bir təriqi) inancına sahib idilər, Roma əhalisi isə katolik idi.

Süqutu və Bizans işğalı (526–553)

Teodorixin ölümündən sonra Onun varisləri arasında daxili çəkişmələr başlamışdır. Roma katolik kilsəsi və yerli aristokratiya ostqotlara qarşı çıxdı. Bu fürsətdən istifadə edən Bizans imperatoru I Yustinian, Belisarius və daha sonra Narses adlı sərkərdələri İtaliyaya göndərmişdir. 535–553-cü illərdəki qot müharibələri nəticəsində Ostqot Krallığı süqut etmişdir. Ravenna şəhəri feth edilmişdir. Ostqotlar isə ya məhv edilmiş, ya da assimilasiya olmuşdur.

Ədəbiyyat

  • Amory, Patrick. People and Identity in Ostrogothic Italy, 489–554. Cambridge University Press. 2003. ISBN 978-0-521-52635-7.
  • Arnold, Jonathan J. Theoderic and the Roman Imperial Restoration. Cambridge: Cambridge University Press. 2014. doi:10.1017/cbo9781107294271. ISBN 978-1-107-05440-0.
  • Barnwell, P. S. Emperor, Prefects & Kings: The Roman West, 395–565. UNC Press. 1992. ISBN 978-0-8078-2071-1.
  • Burns, Thomas S. A History of the Ostrogoths. Boomington. 1984.
  • Bury, John Bagnell. History of the Later Roman Empire Vols. I & II. Macmillan & Co., Ltd. 1923.
  • Cohen, Samuel. Religious Diversity // Jonathan J. Arnold; M. Shane Bjornlie; Kristina Sessa (redaktorlar ). A Companion to Ostrogothic Italy. Leiden, Boston: Brill Publishers. 2016. 503–532. ISBN 978-9004-31376-7.
  • Gibbon, Edward. History of the Decline and Fall of the Roman Empire. IV.. Chapters 41 & 43
  • Heather, Peter. The Goths. Blackwell Publishing. 1998. ISBN 978-0-631-20932-4.
  • Wolfram, Herwig; Dunlap, Thomas. The Roman Empire and its Germanic peoples. University of California Press. 1997. ISBN 978-0-520-08511-4.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ostqot krallığı haqqında məlumat. Ostqot krallığı nədir? Ostqot krallığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kələm yarpaqyeyəni

  • Fevral 27, 2026

    Üçmüədzin döyüşü

  • Fevral 27, 2026

    Abbasabad

  • Fevral 14, 2026

    Parlament respublikası

  • Fevral 27, 2026

    Yesugey bahadur

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst