Ostara və ya Eostra (anqlosaks. Ēastre)— mifoloqların rekonstruksiyalarına görə, qədim germanlarda baharın gəlişi və təbiətin oyanışı ilə əlaqəli olduğu güman edilən ilahi varlıq. Konsepsiya çərçivəsində Ostaranın (Eostranın) adı qədim ingilis və qədim german ənənələrində aprel ayına verilmişdir (anqlosaks. Easter-mōnaþ, Şablon:Lang-goh). Bir sıra tədqiqatçılar onu ümumavropa dan yeri ilahəsi ilə əlaqələndirirlər. İlahənin mövcudluğu ilə bağlı ilk fərziyyəni Nortumbriyadan olan rahib Beda (673–735) irəli sürmüşdür. Beləliklə, o, ingilis dilində Pasxa bayramının (Easter) və müvafiq ayın adını digər Avropa dillərindəki adlardan köklü şəkildə fərqləndiyini nəzərə alaraq izah etməyə çalışmışdır.
| Ostara | |
|---|---|
| |
| Cinsi | qadın[d] |
| Digər mədəniyyətlərdə | Avrora, Eos, Zarya, Uşas, Freya (mifologiya) |

Pasxanın almanca adı olan Ostern, xristianlığın Almaniyaya yayılması zamanı anqlosakson missionerləri, məsələn, müqəddəs Bonifas tərəfindən gətirilmişdir. Yalnız 1835-ci ildə, mifoloq Yakob Qrimm bu adlar arasında qohumluq olduğunu fərz etmiş, lakin bunun alınma deyil, qədim germanların hələ xristianlıqdan əvvəl ibadət etdikləri Ostara adlı ilahəyə bağlı olduğunu irəli sürmüşdür. Bu nəzəriyyə romantik millətçiliyin mifoloji konstruksiyası çərçivəsində formalaşmışdır.
Ostara və Pasxa adətləri
Yuxarıda göstərildiyi kimi, XIX əsrdən etibarən bir çox alimlər Pasxa bayramı ilə bağlı xalq adətlərini xristianlıqdan əvvəlki Ostara kultu ilə əlaqələndirməyə çalışmışlar. Tez-tez iddia edilir ki, Pasxa üçün yumurtaların rənglənməsi pəgan mənşəli olub Ostara kultu ilə bağlıdır, lakin bəzi mənbələr göstərir ki, bu ənənə hələ Mesopotamiyada yaşayan erkən xristianlar arasında mövcud olmuşdur.
Bundan əlavə, Pasxa dovşanı da Ostara ilə əlaqələndirilir. Etnoloq Çarlz C. Bilson Şimali Avropa ənənələrində dovşanın iştirak etdiyi müxtəlif bahar mərasimlərini və adətləri müəyyənləşdirmişdir. O yazır:
Britaniyada Ostara adlı bir ilahə olub-olmamasından asılı olmayaraq və dovşanın onun kultundakı rolunun nə olduğu bilinməsə də, bu heyvanın qədim sakinlər üçün sakral məna daşıdığı və böyük bahar bayramları ilə əlaqəli olduğu ehtimalı üçün kifayət qədər əsaslar var.
Bəzi alimlər güman edirlər ki, dovşanlar, ehtimal ki, Ostaranın müqəddəs heyvanları olmuşdur, Freyanın müqəddəs heyvanlarının pişiklər olması kimi.
Ostara yeni paqanizm və populyar mədəniyyətdə
Ostara və ya Eostra bir çox yeni pəgan icmaları tərəfindən müqəddəsləşdirilir. Onun bayramı bahar gündönümündə qeyd edilir və ənənəvi Pasxa rəmzləri tez-tez istifadə olunur. Bəzən Ostara İskandinav gənclik və yenilənmə ilahəsi olan İdun ilə eyniləşdirilir.
- Ostara asteroidinə onun adı verilmişdir – (343) Ostara.
- Ostara adını daşıyan Britaniya neofolk musiqi qrupu mövcuddur.
- Eostre adlı albomlar: Zoviet France (1984) və Ostara The Wishing Tree (2009).
- "Ostara" adlı mahnılar Hollandiya qrupu Heidevolk, Belarus qrupu Forodwaith və Çex qrupu Deloraine tərəfindən ifa olunmuşdur.
XX əsrin əvvəllərində Jörg Lanz von Liebenfels tərəfindən nəşr edilən alman millətçi jurnalı da Ostara adlanırdı.
Neyl Qeymanın "Amerikan Tanrıları" serialında (Starz, 2017) Ostara Kristin Çenovet tərəfindən canlandırılmışdır. Bu seriyada Odin (İan MakŞeyn) və Şadou Mun, xristian Pasxa bayramını Ostaranın özü üçün necə uyğunlaşdırdığını müzakirə edirlər. Odin ona bildirir ki, insanlar artıq ona deyil, İsa Məsihə ibadət edirlər. Bu, Ostaranı Yeni Tanrılara qarşı üsyana qoşulmağa sövq edir.
Ədəbiyyat
- Cusack, Carole. "The Goddess Eostre: Bede's Text and Contemporary Pagan Tradition(s)". The Pomegranate. 9 (1). 2007: 22–40. doi:10.1558/pome.v9i1.22.
- Murphy, Luke John; Ameen, Carly. "The Shifting Baselines of the British Hare Goddess". Open Archaeology. 6 (1). 2020: 214–235. doi:10.1515/opar-2020-0109.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ostara haqqında məlumat. Ostara nədir? Ostara nə deməkdir?