Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Onegin Yusif oğlu Hacıqasımov (monax adı Siluan, sxima adı Simon; 4 iyun 1937, Bakı – 30 iyun 2002) — Azərbaycan-sovet şairi, Sovet ittifaqında məşhur olan bir

Onegin Hacıqasımov

  • Ana Səhifə
  • Vikipediya
  • Onegin Hacıqasımov

Onegin Yusif oğlu Hacıqasımov (monax adı Siluan, sxima adı Simon; 4 iyun 1937, Bakı – 30 iyun 2002) — Azərbaycan-sovet şairi, Sovet ittifaqında məşhur olan bir çox mahnı sözlərinin müəllifi.

Onegin Hacıqasımov
Doğum tarixi 4 iyun 1937(1937-06-04)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 iyun 2002(2002-06-30) (65 yaşında)
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Lyamtsino[d]
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Milliyyəti Azərbaycanlı
Uşağı oğlu: Yusif
Atası Yusif Hacıqasımov
Anası Mehtəban Hacıqasımova
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti şair, rahib, söz yazıçısı[d], tərcüməçi
Əsərlərinin dili Rus
Janrlar lirika, estrada[d]

Həyatı

Atası Yusif Hacıqasımov (1892-1960) Moskva Universitetində hüquq fakültəsini bitirmiş, 1940-cı illərədək NKVD-də işləmişdi. Anası Mehtəban Hacıqasımova (1905-1980) isə rus dili və ədəbiyyatını çox sevdiyi üçün 1937-ci ildə, böyük rus şairi Aleksandr Puşkinin vəfatının 100-cü ildönümündə dünyaya gələn oğlunu Puşkinin ən məşhur əsərlərindən birinin baş qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə adlandırır. Onun 1942-ci ildə dünyaya gələn kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illiyinin şərəfinə Nizami adlandırmışdılar.

1954-cü ildə Onegin Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olur. Növbəti il hərbi xidmətə yollanır və 3 il hərbi dəniz qüvvələrində xidmət keçdikdən sonra yenidən təhsilini davam etdirərək institutu bitirir.

Yazdığı mahnılar sayəsində 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar-şairlərdən birinə çevrilir. Onun sözlərinə məşhur bəstəkarlar mahnı bəstələyir və populyar müğənnilər tərəfindən ifa olunurdu. Onegin Hacıqasımov həm də bir sıra xarici mahnılara rus dilində mətnlər yazması ilə məşhurdur.

Onun söz müəllifi olduğu mahnıları ifa edənlər arasında Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, "Qaya" Vokal Kvarteti, Valeri Obodzinski, Yuri Antonov, Aida Vedişşeva, "Vesyolıye rebyata" qrupu və bir çox başqaları olmuşlar.

1985-ci ildə o, pravoslavlığı qəbul edir və 1988-ci ildə Moskva vilayətindəki Optina pustın monastırında ierosximonax Simon adını qəbul edir.

30 iyun 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edir. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbirstanlığında dəfn olunmuşdur.

Filmoqrafiya

  1. İyirmialtılar (film, 1966)
  2. Ulduzlar sönmür (film, 1971)
  3. Mən mahnı qoşuram (film, 1979)
  4. Musiqi müəllimi (film, 1983)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Onegin Hacıqasımov haqqında məlumat. Onegin Hacıqasımov nədir? Onegin Hacıqasımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəhram Aşurov

  • Fevral 27, 2026

    Şarl Laveran

  • Fevral 27, 2026

    Eris

  • Fevral 27, 2026

    Əbu Bəkir

  • Fevral 27, 2026

    Farqo

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst