Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Olav Byaland (ing. Olav Bjaaland; 5 mart 1873, Morgedal[d], Telemark[d] – 8 iyun 1961) - Norveçli xizək çempionu və qütb araşdırmaçısı idi. O, Amundsenin Cənub

Olav Byaland

  • Ana Səhifə
  • Vikipediya
  • Olav Byaland

Olav Byaland (ing. Olav Bjaaland; 5 mart 1873, Morgedal[d], Telemark[d] – 8 iyun 1961) - Norveçli xizək çempionu və qütb araşdırmaçısı idi. O, Amundsenin Cənub qütbünə ekspedisiyasının tərkibində Cənub qütbünə çatan ilk 5 adamdan biri kimi tarixə düşmüşdür.

Olav Byaland
Doğum tarixi 5 mart 1873(1873-03-05)
Doğum yeri
  • Morgedal[d], Kviteseyd[d], Telemark[d], Norveç
Vəfat tarixi 8 iyun 1961(1961-06-08) (88 yaşında)
Fəaliyyəti tədqiqatçı-səyyah[d], xizək yarışçısı[d], ikinövlü xizəksürmə yarışçısı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Olav Olavsen Byaland Norveçin Telemark əyalətində yerləşən Morqedal şəhərindəki Syondre Byaland fermasında dünyaya göz açmışdır. Əsrin sonunda Byaland Hemmesteveit qardaşlarla birlikdə Norveçin ən yaxşı xizəkçiləri arasında idi. 1902-ci ildə o, Skandinaviya ölkələri arasında keçirilən və bu günə qədər Skandinaviya xizəkçiliyində klassik tədbirə çevrilmiş Holmenkollen Xizək Festivalında qalib gəlmişdir. 1909-cu ildə Byaland beş nəfərlə birlikdə Fransaya Avropanın ən yaxşı xizəkçiləriylə yarışmaq üçün dəvət edilmişdi.

Bu səyahətində o, təsadüfən Roald Amundsenlə qarşılaşdı. O vaxta qədər xeyli uğur qazanmış Amundsen Byalandı gələcəkdə baş tutacaq Şimal qütb ekspedisiyasına dəvət etdi. Byaland bu təklifdən çox həyəcanlanmış və Şimal qütbünə çatacaqlarına inanmışdı. Ancaq, onlar 7 iyun 1910-cu ildə Norveçin Oslo şəhərini Robert Skottla Antarktik qütbü uğrunda yarışmaq üçün tərk etmişdilər.

Byaland çox bacarıqlı dülgər idi və səyahət zamanı Osloda alınmış prefabrikat xizəklərin (Skott da öz ekspedisiyası üçün eyni xizəklərdən alsa da, onları modifikasiya etməmişdi) çəkilərini onların ümumi gücünü çox da azaltmadan 88 kq-dan 22-kq-a endirə bilmişdi. Balina buxtasından qütbə və geriyə olan əsil xizək səyahətində Byaland itlər arxasından qaçsın deyə öndə gedən olaraq istifadə edilmişdi. O, həmçinin arxasınca gələnlərin onu izləyə bilməsi üçün ərazidə mükəmməl düz xətlər çəkirdi. Qütb yarışındankı uğurlu qayıdışdan sonra Amundsen Byalanddan onunla Şimalşərq keçidini tədqiq etmək üçün gəlməyini istəsə də, Byaland bu təklifi geri çevirdi.

Sonrakı illərdə Byaland Telemarka qayıtdı və Amundsendən aldığı borc pulla böyük uğur qazanmış xizək fabrikası qurdu. O, 1961-ci ildə, 88 yaşında öldüyü zaman tarixdə Cənub qütbünü ilk fəth etmiş beş insandan biri, Antarktidada ən çox yaşamış və ekspedisiya liderlərinin şərəfinə onların adı verilmiş olan "Amundsen-Skott" stansiyasının tikintisi daxil olmaqla, Beynəlxalq Coğrafiya İli elmi təşkilatının əldə etdiyi naliyyətlərə şahidlik etmiş tək insan idi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Olav Byaland haqqında məlumat. Olav Byaland nədir? Olav Byaland nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Polikarp Mdivani

  • Fevral 27, 2026

    Dolça (bürc)

  • Fevral 27, 2026

    Paket meneceri

  • Fevral 27, 2026

    Dikearxus

  • Fevral 27, 2026

    Larnaka

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst