Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Oksana Kurt (qızlıq soyadı: Parxomeko; 28 iyul 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Oksana Kurt, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş t

Oksana Kurt

  • Ana Səhifə
  • Vikipediya
  • Oksana Kurt

Oksana Kurt (qızlıq soyadı: Parxomeko; 28 iyul 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Oksana Kurt, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub.

Oksana Kurt
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Azərbaycan
Doğum tarixi 28 iyul 1984(1984-07-28) (41 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Boyu 189 sm
Çəkisi 78 kq
İdman növü voleybol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Oksana Kurt 28 iyun 1985-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Oksana Kurtun bacısı, Yelena Parxomenko da voleybolçudur və Azərbaycan yığmasında çıxış edib.

Oksana Kurt ailəlidir. O, 4 iyun 2011-ci ildə Türkiyə vətəndaşı Onar Kurt ilə ailə həyatı qurdu.

Karyerası

Oksana Kurt, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.

Oksana Kurt daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.

Oksana Kurt bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

Oksana Kurt üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

Oksana Kurt dördüncü dəfə Avropa Çempionatına, 2011-ci ildə İtaliya və Serbiyada baş tutan yarışda qatıldı. Yarışların pley-off mərhələsində Azərbaycan yığması, Niderland yığmasına 1:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 16 yığma sırasında 9-cu yerdə başa vurdu.

Oksana Kurt beşinci dəfə Avropa Çempionatına, 2013-cü ildə Almaniya və İsveçrədə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 15-ci yerdə başa vurdu.

Oksana Kurt daha sonra, 2014-cü ildə İtaliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 15-ci yerdə başa vurdu.

Oksana Kurt sonuncu, altıncı dəfə Avropa Çempionatına, 2015-ci ildə Belçika və Niderlanddə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 14-cü yerdə başa vurdu.

Uğurları

  • CEV Kuboku
    • Qızıl medal (1) — 2002
    • Bürünc medal (1) — 2009
  • Azərbaycan Çempionatı
    • Qızıl medal (6) — 2003, 2004, 2005, 2006 2007, 2008
    • Gümüş medal (1) — 2014
    • Bürünc medal (2) — 2013, 2015
  • İsveçrə Çempionatı
    • Qızıl medal (1) — 2007
  • Rusiya Çempionatı
    • Gümüş medal (1) — 2010
  • Rusiya Kuboku
    • Qızıl medal (1) — 2010
  • Türkiyə Çempionatı
    • Qızıl medal (1) — 2009

Həmçinin bax

  • Azərbaycan 2015 Avropa Oyunlarında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, oksana kurt sözünün mənası, oksana kurt haqqında məlumat. oksana kurt nədir? oksana kurt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qonaq (dəqiqləşdirmə)

  • Mart 01, 2026

    Videokamera

  • Mart 06, 2026

    Şurəvi

  • Fevral 27, 2026

    Qalaktoza

  • Fevral 27, 2026

    Elegiya (şeir)

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst