Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Obi-Van "Ben" Kenobi (ing. Obi-Wan "Ben" Kenobi) — "Ulduz müharibələri" franşizasında personaj. Orijinal trilogiyada Obi-Van köməkçi personaj kimi ceday ustasıd

Obi-Van Kenobi

  • Ana Səhifə
  • Vikipediya
  • Obi-Van Kenobi

Obi-Van "Ben" Kenobi (ing. Obi-Wan "Ben" Kenobi) — "Ulduz müharibələri" franşizasında personaj. Orijinal trilogiyada Obi-Van köməkçi personaj kimi ceday ustasıdır və İngiltərə aktyoru Alek Ginness tərəfindən canlandırılmışdır. Sonradan buraxılmış prikvel trilogiyasında personajın daha gənc versiyası təsvir olunmuşdur. Burada o, Anakin Skayvalker ilə birlikdə iki protaqonistdən biridir və Şotlandiya aktyoru Evan MakQreqor tərəfindən canlandırılmışdır. Orijinal trilogiyada Obi-Van Lyuk Skayvalkerin müəllidir və ona ceday üsullarını öyrədir. O, Dart Vayder ilə dueldə özünü qurban verir, Qalaktik imperiyaya qarşı mübarizəsində Lyuka güc vasitəsilə rəhbərlik edir. Hadisələri on illər əvvəl baş verən prikvel trilogiyasında Obi-Van əvvəlcə ceday ustası Kvay-Qon Cinnin padavanı olur, sonra isə Lyukun atası, sonradan qaranlıq tərəfə keçərək Dart Vayder olan Anakinin müəllimi və dostuna çevrilir. Personaj sikvel trilogiyasında protaqonist Rey ilə danışan cisimsiz bir səs kimi təsvir edilmişdir. O, tez-tez müxtəlif "Ulduz müharibələri" mediasında protaqonist kimi təqdim olunur.

Orijinal "Ulduz müharibələri" (1977) filmində Obi-Van rolunda çıxış edən Ginnes "Ən yaxşı köməkçi aktyor" nominasiyası üzrə Oskar mükafatına nominasiya qazanmışdır. Bu, "Ulduz müharibələri" film seriyasında yeganə aktyorluq nominasiyasıdır. MakQreqorun prikvellərdəki rolu da təriflənmişdir və trilogiyanın diqqət çəkən məqamlarından biri hesab olunur. MakQreqor mövzusu "Sithin intiqamı"nın hadisələrindən on il sonra və "Yeni ümid"dən əvvəlki hadisələri əhatə edən, "Disney+" striminq xidmətində yayımlanacaq serialda rolu yenidən canlandıracaq.

Mündəricat

Qəbul

Tənqidçilər Artur əfsanəsindən Obi-Van və Merlin arasında paralellər aparırlar. Biri Anakin Skayvalker, digəri Uter Pendraqonun müəllimi olur, hər iki halda xəyanətə uğrayırlar və müəllim keçmiş tələbəsinin oğlunu (müvafiq olaraq Lyuk Skayvalker və Kral Artur) öyrətməyə başlayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, obi-van kenobi sözünün mənası, obi-van kenobi haqqında məlumat. obi-van kenobi nədir? obi-van kenobi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Yuyçzülyü Manqeti

  • Mart 01, 2026

    Sınıq körpü

  • Mart 01, 2026

    Mixail Averbax

  • Fevral 27, 2026

    Mişkolç

  • Mart 06, 2026

    Cicer

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst