Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir.

Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.
Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır.
Tarixi
XX əsr

Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı. Sovet İttifaqının dağılması nəticəsində meydana gələn iqtisadi tənəzzül bir çox mövcud və ya keçmiş kommunist ölkələrində fahişəliyin artmasına səbəb oldu.
XXI əsr

XXI əsrdə Əfqanıstanda gənc oğlan uşaqlarının istifadə olunduğu "baça bazı" deyilən bir uşağbazlıq üsulu yayılıb.
Sovet İttifaqının dağılmasından sonra hər il minlərlə şərqi avropalı qadınlar Çin, Qərbi Avropa, İsrail və Türkiyədə fahişəlik edir; onların bəziləri peşəyə həvəslə daxil olsa da, bir çoxu aldadılır, məcbur edilir və ya qaçırılır və çox vaxt əsirlik və zorakılıq yaşayır.Dubayda Şərqi Avropa və Asiyadan fahişəlik edən on minlərlə qadın var. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan kişilər müştərilərin böyük bir hissəsini təşkil edir.
Tibbi vəziyyət
Bəzi yerlərdə fahişəlik cinsi yolla ötürülən xəstəliklərin (CYBH) yayılması ilə əlaqələndirilir. Fahişələrin və onların müştəriləri arasında prezervativ istifadəsinin olmaması HİV-in Asiyada yayılmasında bir amil kimi göstərilir.
Həmçinin bax
- Seks işçisi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fahişəlik haqqında məlumat. Fahişəlik nədir? Fahişəlik nə deməkdir?