Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəhavənd döyüşü (ərəb. معركة نهاوند‎) — 642-ci ildə Raşidi Xilafəti və Sasanilər dövləti arasında baş vermiş müharibə.

Nəhavənd döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Nəhavənd döyüşü

Nəhavənd döyüşü (ərəb. معركة نهاوند‎) — 642-ci ildə Raşidi Xilafəti və Sasanilər dövləti arasında baş vermiş müharibə.

Nəhavənd döyüşü
Ərəb-Sasani müharibələri
Tarix 10 iyun, 642
Yeri Nəhavənd, Həmədan, Cibal
Nəticəsi Raşidi xilafətinin qələbəsi
Münaqişə tərəfləri

Raşidi xilafət

Sasanilər İmperiyası

Tərəflərin qüvvəsi

Ömər ibn Xəttab

III Yezdəgird

    Mündəricat

    Tarixi

    Cəlula döyüşündən sonra Hulvandan qaçan III Yezdəgird yenidən əsgər toplamağa başladı. Bu məqsədlə Rey, Kuməs, İsfahan, Həmədan və Mahan əhalisi ilə məktublaşan III Yəzdəgird böyük bir ordu topladı və bu orduya Firuzanı başçı təyin etdi. Bu əsnada Kufə valisi olan Əmmar ibn Yasir Mədinəyə məktub yazaraq III Yəzdəgirdin fəaliyyətlərindən Ömər ibn Xəttabı xəbərdar etdi. Bundan xəbər tutan xəlifə Ömər ibn Xəttab Sasanilərlə vuruşmaq üçün böyük bir ordu toplanmasını və ordunun sərkərdəliyini Nüman ibn Müqərrinə tapşırdı. Bununla yanaşı xəlifə Ömər Bəsrə, Şam və Omandakı ordu sərkərdələrinə də göstəriş verdi ki, Cindi Şapura gedib Nüman ibn Müqərrinin ordusuna birləşsinlər. Beləcə bu müəzzəm ordunun baş komandanlığına Nüman ibn Müqərrin, avanqard qüvvələrin başına onun qardaşı Nuaym ibn Müqərrin, digər qardaşı Suveyd ibn Müqərrin sağ cinah qüvvələrin başına, Hüzeyfə ibn Yəman sol cinah qüvvələrin başına, ordunu arxadan qoruyan dəstənin başına isə Mucaşi ibn Məsud təyin edildilər. Bu orduda Müğeyrə ibn Şubə, Cərir ibn Abdullah, xəlifə Ömərin oğlanları Abdullah ibn Ömər və Ubeydullah ibn Ömər, Əmr ibn Madikərb və digər bir çox səhabələr də qoşulmuşdu. Sasanilərin birləşmiş ordu-suna isə sərkərdə Mərdanşah Hörmüzd başçılıq edirdi.

    Hicri 21, miladi 642-ci ilin yayında iki ordu Həmadanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında qarşılaşdı. Çərşənbə günü başlayan döyüş üç gün davam etmişdir. Cümə günü döyüş müsəlmanların parlaq qələbəsi ilə ba-şa çatmışdır. Baş verən döyüşdə baş sərkərdə Nüman ibn Müqərrin öldürülmüş, onu Hüzeyfə ibn Yəman əvəz etmişdir. Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmədi və imperiya sürətlə yıxılmağa başladı. Qalalara çəkilən iranlılar fərdi qaydada müqavimət göstərməyə başladılar.

    İslam tarixində Nəhavənddə qazanılmış zəfər "Fəth-ul-futuh" (fəthlər-fəthi) adlandırılmışdır. Belə ki, bu zəfərdən sonra müsəlmanlar İranı başdan-başa, demək olar ki, ciddi bir maneəyə rast gəlmədən fəth etmişdilər. Ömər ibn Xəttab III Yəzdəgirdin müqavimət göstərmək üçün yenidən əsgər toplamasının qarşısını almaq üçün müsəlman hərbi dəstələrinə İranın müxtəlif əyalətlərinə yürüşlər təşkil edərək əhalini itaət altına almaq və Yəzdəgirdə kömək etrməkdən çəkindirməyi əmr etmişdi. Qaçan İran ordusu Həmədana getsə də bura Nuaym ibn Müqərrin və Kaka ibn Əmr tərəfindən mühasirəyə alındı. Nəticədə illik vergi vermək şərtilə Həmədan müsəlmanlara təslim edildi.

    Bu qələbədən sonra Abdullah ibn Budeyl xəlifənin əmrinə əsasən İsfəhana doğru hərəkət etməyə başladı. İsfəhan hakimi Fədusfan qaladan çıxıb Abdullahın düşərgəsinə gəldi və sülh bağlayaraq İsfəhanı müsəlmanlara təslim etdi. Sülhə görə şəhər əhalisindən kim istəsə köçüb gedəcək, istəməyən isə şəhərdə qalacaqdı. Qalanların canları və mallarının toxunulmazlığına, cizyə ödəmələri şərtilə, zəmanət verilmişdi. Köçüb gedənlərin daşınmaz əmlakı isə müsəlman-lara veriləcəkdi.

    Abdullah ibn Budeyl İsfəhanı aldıqdan sonra Yəzdəgirdi təqib etsədə ələ keçirə bilmədi. İsfəhandan Kirmana, oradan da Xorasana gələn Yəzdəgird Mərvdə öldürüldü. Qısa müddət sonra fəth edilmiş Həmədan şəhərinin əhalisi Kaka ibn Əmr ilə bağladıqları əhdi pozaraq üsyan etdilər. Bunu öyrənən xəlifə Ömər Nuaym ibn Müqərrinə Həmədana getməyi əmr etdi. Nuaym qardaşı Suveyd ibn Müqərrinlə birlikdə 12 min nəfərlik ordu ilə Həmədana yürüş etdi. Şəhər əhalisi yenidən sülh bağlamaq istədiklərini bildirdilər. Onların istəyini yerinə yetirən Nuaym sülhü təzələyərək şəhərə daxil oldu. Bu hadisələr baş verərkən Deyləm, Rey və Azərbaycan əhalisi müsəlmanlarla vuruşmaq üçün öz qüvvələrini birləşdirmiş və müharibəyə hazırlaşmışdılar. Azərbaycanlı əsgərlərə Qadisiyyədə öldürülən Rüstəmin qardaşı İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. 643-cü ildə Vaci-Ruz adlı məntəqədə baş verən döyüşdə İslam ordusu qalib gəldi. İsfəndiyardan sonra qardaşı Bəhram mübarizəni davam etdirsə də o da məğlub olmuşdur. Sonda İsfəndiyar 644-cü ildə müqavilə bağlamağa razı olmuşdur. Müqaviləyə görə azərbaycanlılar müsəlmanlara tabe olmalı, vergi verməli, müsəlman əsgərlərini bir gecə gündüz evində saxlamalı idilər. Vaci-Ruz döyüşündən sonra xəlifə Ömərin əmri ilə Nuaym ibn Müqərrin Rey şəhərini mühasirəyə alaraq fəth etmişdi.

    Həmçinin bax

    • Sasanilər İmperiyası
    • III Yezdəgird

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəhavənd döyüşü haqqında məlumat. Nəhavənd döyüşü nədir? Nəhavənd döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Cohor boğazı

    • Fevral 27, 2026

      Əbdürrəzzaq əs-Sənani

    • Fevral 27, 2026

      Bern Universiteti

    • Fevral 27, 2026

      Əşrəf Hüseynov

    • Fevral 27, 2026

      Crest

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst