Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nüşabə Ələsgər qızı Hümmətova (Nüşabə Ələsgərli) (21 dekabr 1967, Nuxa) — Azərbaycan müğənnisi və aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Resp

Nüşabə Ələsgərli

  • Ana Səhifə
  • Vikipediya
  • Nüşabə Ələsgərli

Nüşabə Ələsgər qızı Hümmətova (Nüşabə Ələsgərli) (21 dekabr 1967, Nuxa) — Azərbaycan müğənnisi və aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015).

Nüşabə Ələsgərli
Ümumi məlumatlar
Doğum adı Nüşabə Ələsgər qızı Hümmətova
Doğum tarixi 21 dekabr 1967(1967-12-21) (58 yaş)
Doğum yeri
  • Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa
Musiqi aləti piano
Təhsili Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Elmi dərəcəsi
  • sənətşünaslıq namizədi[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20152015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hümmətova Nüşabə Ələsgər qızı (Nüşabə Ələsgərli) 21 dekabr 1967-ci ildə Şəkidə anadan olmuşdur. Atası Hümmətov Ələsgər Xəlil oğlu həkim, anası Hümmətova Solmaz Qaffar qızı müəllimə olmuşdur. Uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənmişdir. 1974-cü ildə 1-ci sinifə getmiş, lakin 1976-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etmiş və eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır. 1982-ci ildə 8-ci sinfi bitirib Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsinə daxil olmuşdur. 1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuşdur. Həm məktəbdə, həm texnikumda, həm də Konservatoriyada təhsil illərində Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyevdən dərs almışdır. Məktəbdə xorda oxuyarkən, təhsil məkanlarında isə bir müəllim kimi Fazil Əliyevin tələbəsi olmuşdur.

1995-ci ildə ailə qurmuşdur. İki övladı var.

Fəaliyyəti

Nüşabə Ələsgərli 1990-cı ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına işə daxil olmuş və 1995-ci ilə qədər orada xor kollektivində çalışmışdır. Bədii rəhbər Xalq artisti, professor Ramiz Mirişli və Əməkdar incəsənət xadimi, dirijor Ziya Bağırov olmuşdur. Bu kollektivdə işləyərkən həm xorun üzvü, həm də solist kimi bir çox xarici ölkələrdə — Türkiyə, Misir, Norveç, İsveç, Danimarka, Almaniyada konsert proqramları ilə çıxış etmişdir. Mahnı və Rəqs ansamblında işləyərkən eyni zamanda solo ifaçılıq karyerasına başlamışdır. Rafiq Babayevin rəhbərlik etdiyi kollektivlə bir sıra mahnıları lentə almışdır. Eyni zamanda Əməkdar artist, "Koroğlu" instrumental ansamblının rəhbəri Etibar Qasımovun dəvəti ilə bu ansamblda da çalışmış və ansamblın tərkibində ilk dəfə Azərbaycan Dövlət Filarmoniyası səhnəsində 1991-ci ildə konsert vermişdir. Niyaməddin Musayevin "Röya" qrupu ilə bərabər Şri-Lankada və başqa səhnələrdə konsert proqramı ilə çıxış etmişdir. İlk dəfə 1994-cü ildə AzTv Gənclik redaksiyasının çəkdiyi "Yeni il" gecəsində (baş redaktor Bəxtiyar Qaraca) Cahangir Cahangirovun "Ay qız" mahnısı ilə solo olaraq efirə çıxmışdır. 1998-ci ildən Azərbaycan Teleradio şirkətinə solist olaraq işləməyə başlamışdır. Televiziyada çalışdığı dövrdə bir çox verilişlərdə, bayram proqramlarında, tamaşalarda çıxış etmişdir. Əhməd Orucoğlunun "Qaynana əməliyyatı"nda (qızıl fonddadır) baş rollardan birinə çəkilmişdir. Eyni zamanda 24 seriyalı "Yanmış körpülər" serialında baş rolda çəkilmişdir. Televiziyada çalışdığı dövrlərdə bir çox bəstəkarlarla işləmiş, Şəfiqə Axundova, Eldar Mansurov, Nadir Əzimov, Ramiz Mirişli, Aygün Səmədzadə, Elçin İmanov və başqa bəstəkarların bir çox mahnılarını lentə almışdır. Eyni zamanda 24 disk hazırlamış, 30-a yaxın klip çəkdirmişdir. 1998-ci ildə özünün rəhbərlik etdiyi "Mətin" instrumental ansamblı ilə Azərbaycanın bir çox bölgələrində — Goranboy, Ağcabədi, Quba, Xaçmaz, Şəki, Qax, Balakən, Zaqatala və s. konsert proqramı ilə çıxış etmişdir. Həmin ildə də yeni il ərəfəsində Respublika Sarayında solo konsert proqramı ilə cixiş etmişdir. Konsert AzTv ilə nümayiş edilmişdir.

2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyətinə başlayan Nüşabə Ələsgərli 2018-ci ildə "Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri" adlı elmi işini müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim işləyir. 1999-cu ildə AzTv-də səhər proqramında yemək rubrikasının aparıcısı olmuşdur. 2001-ci ildə STV-də "Qonaq otağı" və 2004-cü ildə Space TV-də "Göz dəyməsin" müəllif proqramı olmuşdur.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 10 dekabr 2013

Filmoqrafiya

  • "Qayınana" əməliyyatı (film, 1999)
  • Yanmış körpülər (film, 2007)
  • Yol yoldaşları (film, 2003)
  • Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film) (rol: Nüşabə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nüşabə ələsgərli sözünün mənası, nüşabə ələsgərli haqqında məlumat. nüşabə ələsgərli nədir? nüşabə ələsgərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vəba xəstəliyi

  • Mart 04, 2026

    Monitor jurnalı

  • Fevral 27, 2026

    Rokoko

  • Fevral 27, 2026

    İren Jolio-Küri

  • Fevral 27, 2026

    Kabarda-Balkariya bayrağı

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst