Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nuri Sərinləndirici və ya əsl adı ilə Vüqar Nuriyev (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi.

Nuri Sərinləndirici

  • Ana Səhifə
  • Vikipediya
  • Nuri Sərinləndirici

Nuri Sərinləndirici və ya əsl adı ilə Vüqar Nuriyev (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi.

Nuri Sərinləndirici
Vüqar Rəşid oğlu Nuriyev
Ümumi məlumatlar
Ləqəbi Nuri
Doğum tarixi 29 iyun 1979(1979-06-29) (46 yaş)
Doğum yeri
  • Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2002–h.h.
Janr Pop
Albom şirkəti Nurimusic

Mündəricat

Həyatı

Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.

Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir:

"Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar.

2017-ci ilin aprel ayında Dominikanda duet ortağı Jane Şirokih ilə ailə həyatı qurub.

Karyerası

Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib. Məktəbdə təhsil aldığı müddət ərzində öz musiqi kolektivini yaradıb və məktəbdə konsertlərlə çıxış etməyə başlayıb.

Orta məktəbi bitirdikdən sonra Türkiyəyə, İstanbul şəhərinə gedib və orada Yılmaz müzik dərslik evində (musiqi akademiyası) 2 il təhsil alıb. 1999-cu ildə Hərbi xidməti yerinə yetirmək üçün vətənə qayıdıb. Hərbi orkestrdə qulluq edib. 2001-ci ildə hərbi xidmətini başa vurub.

2002-ci ildən Rusiya Federasiyasına gedən Nuri, hal-hazırda da Moskva şəhərində yaşayır və özünün rəhbərlik etdiyi musiqi kollektivi var.

Yaradıcılığı

Müğənni rus dilində yazılan "Ya, ya, ya" (Mən, mən, mən) adlanan mahnısını duet ortağı Jane Şirokihlə birgə ifa edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nuri Sərinləndirici haqqında məlumat. Nuri Sərinləndirici nədir? Nuri Sərinləndirici nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arıxlı

  • Fevral 27, 2026

    Böyük Sfinks

  • Fevral 27, 2026

    ANS Press

  • Fevral 27, 2026

    Aleksandr Selkirk

  • Fevral 28, 2026

    Alar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst