Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Novruz Şarpileyeviç Təmrəzov (6 yanvar 1981, Stavropol, Rusiya SFSR) — 2005–2006-cı illərdə Rusiyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst g

Novruz Təmrəzov

  • Ana Səhifə
  • Vikipediya
  • Novruz Təmrəzov

Novruz Şarpileyeviç Təmrəzov (6 yanvar 1981, Stavropol, Rusiya SFSR) — 2005–2006-cı illərdə Rusiyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Novruz Təmrəzov
Şəxsi məlumatlar
Tam adı Novruz Şarpileyeviç Təmrəzov
Vətəndaşlığı Rusiya Rusiya →
Azərbaycan Azərbaycan
Doğum tarixi 6 yanvar 1981 (45 yaş)
Doğum yeri Stavropol, Rusiya SFSR
Boyu 180 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1995—2012
Məşqçisi Alxas Çaçayev
Komandası Atasport İdman Klubu
Medallar
Avropa Çempionatı
Bürünc 2005 Varna84 Kq.
Bürünc 2008 Tampere84 Kq.
Bürünc 2009 Vilnüs84 Kq.

Karyerası

Novruz Təmrəzov 2005-ci ildə Bolqarıstanın Varna şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin iyulunda isə o, Rusiya Çempionatını bürünc medalla başa vurdu. 2006-cı ildə isə Novruz Təmrəzov Qızıl Qran-Pri beynəlxalq turnirində və Rusiya Çempionatında bürünc medallara sahib oldu. Rusiya yığmasında güclü rəqabət səbəbilə Novruz Təmrəzov yığmanın bir nömrəsi ola bilmirdi və Dünya və Avropa Çempionatlarında çıxış edə bilmirdi. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası Novruz Təmrəzovu Azərbaycan yığmasının heyətinə cəlb etdi.

2007-ci ildə Almaniya Qran-Prisi və Dünya Çempionatında uğursuz çıxış edən Novruz Təmrəzov 2008-ci ildə əvvəl Tampere şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu, sonra isə İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirinin qalibi olaraq olimpiya lisenziyasına sahib oldu.

Novruz Təmrəzov 2008-ci ildə Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Novruz Təmrəzov olimpiadanın təsnifat mərhələsində Monqolustan nümayəndəsi Çaqnaadorjiin Qanzoriq ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində Novruz Təmrəzov rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazansa da, növbəti hissədə rəqibinə minimal fərqlə (0:1) məğlub oldu. Həlledii hissədə isə Novruz Təmrəzov rəqibinə 4:0 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Asiya Oyunlarının qalibi İran nümayəndəsi Reza Yazdani oldu. Həmin görüşün birinci hissəsində Novruz Təmrəzov rəqibi üzərində təmiz qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi son Dünya və Avropa Çempionatının qalibi Rusiya nümayəndəsi Georgi Ketoyev oldu. Həmin görüşün birinci hissəsində Novruz Təmrəzov rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazansa da, növbəti hissədə rəqibinə məğlub oldu (0:2). Həlledici hissədə də Novruz Təmrəzov rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Novruz Təmrəzov təsəlliverici qrupda mübarizə aparmadı və olimpiadanı yeddinci pillədə başa vurdu.

Olimpiadadan sonra Novruz Təmrəzov 2009-cu ildə Vilnüs şəhərində (Litva) Avropa Çempionatının bürünc medalına sahib oldu. 2010-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Novruz Təmrəzov həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatını 10-cu pillədə başa vurdu.

2011-ci ildə Dünya və Avropa Çempionatlarında mübarizə aparmayan Novruz Təmrəzov bir sıra beynəlxalq turnirlərdə çıxış etdi. 2012-ci ilin martında Belqrad şəhərində (Serbiya) Avropa Çempionatını beşinci pillədə başa vuran Novruz Təmrəzov 2013-cü ildə idmanla vidalaşdı.

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Rusiya Rusiya
1
2005
Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
3.
2
2006
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
Azərbaycan Azərbaycan
3
2007
Almaniya Qran-Prisi Almaniya Almaniya
8.
4
Dünya Çempionatı Azərbaycan Azərbaycan
17.
5
2008
Avropa Çempionatı Finlandiya Finlandiya
3.
6
Dünya Olimpiya Təsnifat Turniri İsveçrə İsveçrə
1.
7
Olimpiya Oyunları Çin Çin
7.
8
2009
Avropa Çempionatı Litva Litva
3.
9
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
12.
10
2010
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
11
Dünya Çempionatı Rusiya Rusiya
10.
12
2011
Yaşar Doğu Turniri Türkiyə Türkiyə
3.
13
G. Kartozia & V. Balavadze Turniri Gürcüstan Gürcüstan
11.
14
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
15
Moscow Lights Rusiya Rusiya
2.
16
2012
Kiyev Turniri Ukrayna Ukrayna
3.
17
Avropa Çempionatı Serbiya Serbiya
5.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Novruz Təmrəzov haqqında məlumat. Novruz Təmrəzov nədir? Novruz Təmrəzov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Polypteriformes

  • Fevral 27, 2026

    Endre Adi

  • Fevral 27, 2026

    Mesxeti silsiləsi

  • Fevral 27, 2026

    Müslüm Maqomayev

  • Fevral 27, 2026

    Windows 9x

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst